Müsavatdan çıxarılan Səxavət Əlisoy: “Verdikləri qərarın heç bir önəmi yoxdur”
Bizi izləyin

Nida.az

Müsavatdan çıxarılan Səxavət Əlisoy: “Verdikləri qərarın heç bir önəmi yoxdur”

Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy Divanın qərarı ilə partiya sıralarından çıxarılıb.


Məsələ ilə bağlı Publika.az-a danışan Səxavət Əlisoy bu qərarın onun üçün təəccüblü olmadığını deyib. Onun fikrincə, yeni rəhbərliyin əvvəldən fərqli düşüncəni qəbul etməyəcəyi bəlli idi: “Müsavatı avtoritar üsulla idarə edənlər üçün fərqli fikir söyləmək ölümə bərabərdir. Onlar da öz təbirincə mənim edamımı verdilər. Əslində, lap əvvəldən bu yola çıxanda belə qərarları gözləyirdim. Lakin qeyri-legitim saydığım qurumun haqqımda verdiyi qərarın heç bir önəmi yoxdur. Mən Müsavat Partiyasının üzvüyəm. Bu gün də açıqlama vermişdim. Bu insanlar söz azadlığını həzm edə bilmirlər. Müsavatın növbədənkənar qurultayının çağırılması üçün əlimizdən gələn nə varsa, bütün potensialımızı qoyub mübarizə aparacağıq. Saxtakarlıq adı Müsavatın adının üstündən götürüləcək. Bunların zehniyyəti plüralizmin nə olduğunu dərk etmir. Bunlar üçün ətrafında biət edən insanlar lazımdır, populist çıxışlar etsinlər, onları gurultulu alqışlarla qarşılasınlar və partiyanı sex və fabrik kimi idarə etsinlər. Biz bunu qəbul etmirik və buna görə də növbədənkənar qurultay çağırılmasına qədər mübarizə aparacağıq”.


Qeyd edək ki, Müsavat Divanı noyabrın 11-də partiya daxilindəki vəziyyətlə bağlı bəyanat qəbul edib.

Qərara alınıb ki, Divanın növbəti toplantısında Müsavat Partiyasının ümumi ideoloji-siyasi xəttinə zidd, partiyanın VIII Qurultayının qərarlarını şübhə altına alan fəaliyyətə dair müzakirələr keçirilsin. Bununla əlaqədar partiya üzvləri Səxavət Əlisoy və Əlövsət Talışxanlı Divanın noyabrın 17-də keçiriləcək növbəti iclasına dəvət olunub. S. Əlisoy və Ə. Talışxanlı Divana getməyəcəklərini bəyan ediblər.

Səxavət Əlisoyun çıxarıması ilə yanaşı, Əlövsət Talışxanlıya Divanın çağırışına məhəl qoymadığı üçün töhmət verilib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm