“The Washinqton Times”dən təhlükəli Azərbaycan ssenarisi
Bizi izləyin

Nida.az

“The Washinqton Times”dən təhlükəli Azərbaycan ssenarisi

ABŞ-ın “The Washinqton Times” qəzeti Rusiyanın Ukraynadan sonra mümkün ssenariləri haqda yazıb.

Publika.az xəbər verir ki, Azərbaycanın da adının keçdiyi məqalədə Putinin gələcək planları haqda bəhs edilir.


“Rusiya prezidenti Vladimir Putinin Rusiya imperiyasını yenidən bərpa etmək istəməsi şübhəsizdir. Bu imperiya keçmiş Sovet İttifaqının Şərqi Avropanın çox hissəsi daxil olmaqla, bütün ərazilərini əhatə edir. 1866-cı ilə qədər bu imperiyaya Alyaska da daxil idi. Putin ABŞ-ın növbəti prezidentinin Barak Obama kimi qətiyyətsiz və ləng olmayacağını dəqiq bilir. Hazırda sanksiyalardan əziyyət çəkən Rusiya ayaq üstə dayanmağa çalışır. Onlara qarşı dünya birləşsə də, hələ ki, Moskvanın sonu görünmür. Çünki Avropa hələ də təbii qazı Rusiyadan alır. Hazırda Bolqarıstan, Estoniya, Finlandiya, Slovakiya, Latviya və Litva 100 faiz Rusiya qazından asılıdır. Bununla yanaşı, Rusiya Avropada lobbi qruplarına kifayət qədər pul xərcləyir”.


Nəşr yazır ki, Rusiya Ukraynanı idarəçiliyi altına ala bilsə, bu ssenarinin davamı gələcək: “Ardınca Belarus, Moldova hədəfdədir. Bundan sonra Azərbaycan və Gürcüstan üzərində nəzarət qurulacaq. Daha sonra Baltikyanı ölkələr hədəfə çevriləcək”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm