• USD 1,7001 0,00% EUR 2,0087 0,00%
    • GBP 2,2277 0,00% RUB 0,0296 0,00%

YAP-dan Müsavatdakı hadisələrə münasibət: “Burda İsa Qəmbərin əli var”

  • Nida.az
  • 17 Noyabr 2014 18:55
  • 436 Baxış
YAP-dan Müsavatdakı hadisələrə münasibət: “Burda İsa Qəmbərin əli var”

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Müsavat Divanının qərarına münasibət bildirib.


S. Novruzov Publika.az-a açıqlamasında Müsavatda baş verənləri repressiv addım adlandırıb. Onun sözlərinə görə, başqan seçkilərinin saxtakarlığına etiraz edən Səxavət Əlisoy ədalətsiz şəkildə partiyadan çıxarılıb: “Eyni proseslər əvvəl də olub. İlk öncə aşağıdan başladılar və rayon təşkilatlarının seçkiyə etiraz edən üzvlərini çıxartdılar. İndi tədricən yuxarıya doğru irəliləyirlər. Səxavət Əlisoyun çıxarılması bunu göstərir. O, partiyada haqq-ədalət tələb etdiyi üçün bununla qarşılaşdı. Onun ardınca Əlövsət Talışxanlının etiraz olaraq istefaya getməsi Müsavatda vəziyyətin kəskin olduğunu göstərir”.


S. Novruzov Müsavat Partiyasının bir qrup monopolistin əlində olduğunu bildirib.


“Ömrü boyu yalandan demokratiyadan, fikir plüralizmindən danışanlar, Azərbaycanda keçirilən seçkiləri saxtalıqda ittiham edənlər bu gün özləri hansı vəziyyətdə olmalarını ortaya qoydular. Partiya rəhbərliyinə seçkilərdə hətta ən iyrənc saxtakarlığa əl atırlar. Müsavatda narazılar seçkinin Arif Hacılının saxtakarlığı, fitnəkarlığı ilə keçirildiyini deyir. Proseslər onların haqlı olduğunu göstərir. Bu proseslərdə İsa Qəmbərin əlinin olduğu aydın məsələdir. O, Müsavatı Arif Hacılı vasitəsilə arxa fondan idarə edir”, - deyə YAP rəsmisi vurğulayıb.


Qeyd edək ki, Müsavat Divanı bu gün qəbul etdiyi qərarla başqanlığa keçmiş namizəd Səxavət Əlisoyu partiyadan çıxarıb. Arif Hacılının legitimliyini tanımayan Əlövsət Talışxanlıya töhmət verilib. Ə. Talışxanlı buna etiraz olaraq Müsavatdan istefa verib.


Asif Nərimanlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>