Prezident İlham Əliyev Latviyanın dövlət başçısını təbrik edib
Bizi izləyin

Nida.az

Prezident İlham Əliyev Latviyanın dövlət başçısını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Latviya Respublikasının Prezidenti Andris Berzinşə
məktub göndərib.

Publika.az xbər verir ki, İlham Əliyev Latvialı həmkarını ölkəsinin Milli günü münasibətilə təbrik edib.

Məktubda deyilir: Azərbaycan-Latviya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ölkələrimizi birləşdirən ənənəvi dostluq əlaqələri siyasi, iqtisadi, humanitar və digər sahələrdə səmərəli əməkdaşlığımız üçün geniş imkanlar açıb.


İnanıram ki, dostluq və əməkdaşlıq münasibətlərimizin daha da möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyik.


Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Latviya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm