Züqanov Bakıya gəlir - ÖZƏL
Bizi izləyin

Nida.az

Züqanov Bakıya gəlir - ÖZƏL

Yaxın vaxtlarda Rusiya Federasiyası Kommunist Partiyasının sədri, Rusiya Dövlət Dumasının deputatı və Təhlükəsizlik Komitəsinin üzvü Gennadi Züqanov Azərbaycana səfərə gələcək.

Bu barədə Publika.az-a açıqlamasında Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanov məlumat verib.

Səfərin onun dəvətilə olduğunu vurğulayan R.Qurbanov deyib ki, Gennadi Züqanov bir müddət əvvəl onun Bakıya səfər etməsi barədə dəvətini qəbul edib: “Gennadi Züqanovu Bakıya mən dəvət etdim və o da bunu böyük məmnuniyyətlə qəbul etdi. O, seçkilərdən sonra mütləq Azərbaycana səfər edəcəyini bildirdi. Bilirsiniz ki, Rusiya Dövlət Təhlükəsizlik Komitəsinin də üzvü olan Gennadi Züqanov çox nüfuzlu və Azərbaycanın mövqelərini dəstəkləyən tanınmış siyasətçidir. Bu baxımdan da onun Azərbaycana səfəri böyük əhəmiyyət daşıyır”.

R.Qurbanov qeyd edib ki, Gennadi Züqanov Dağlıq Qarabağ məsələsi ilə əlaqədar Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir və bunu açıq şəkildə dəfələrlə bəyan edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm