Hikmət Hacızadə istefasından danışdı: “Məndən Çini soruşun”
Bizi izləyin

Nida.az

Hikmət Hacızadə istefasından danışdı: “Məndən Çini soruşun”

Müsavat Məclisinin keçmiş üzvü Hikmət Hacızadə də partiyadan istefa verib.

Publika.az xəbər verir ki, H. Hacızadə istefa ərizəsində partiyadan getməyini söz azadlığının boğulması ilə əlaqələndirib.


“Partiyamızda söz azadlığının kobud və birtərəfli pozulmasına, fərqli fikrə düzümsüzlük kampaniyasına etiraz olaraq Müsavat Partiyasının üzvlüyündən istefa verirəm. Partiyada qalan qəlbən azad və fədakar insanlara mübarizələrində uğurlar arzulayıram”, - deyə o bildirib.


Məsələ ilə bağlı Publika.az-a açıqlamasında H. Hacızadə Müsavatdan və istefadan danışmaq istəmədiyini bildirib: “Hər şey qurtardı. Məndən nə Müsavatı, nə də istefanı soruşmayın. Məndən Amerikanı, Çini soruşun, danışım”.


Qeyd edək ki, Qubad İbadoğlunun rəhbərliyi ilə hazırkı başqanın legitimliyini tanımayan qrupun üzvlərindən olan Səxavət Əlisoy dünən partiyadan xaric edilib. Buna etiraz olaraq Əlövsət Talışxanlı da istefa verib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm