Baş konsulumuz Kaliforniya Senatının sədri ilə görüşüb
Bizi izləyin

Nida.az

Baş konsulumuz Kaliforniya Senatının sədri ilə görüşüb

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Kaliforniya ştatının paytaxtı Sakramento şəhərində səfərdə olub.

Bu barədə Publika.Az-a Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

Məlumata görə, səfərdə məqsəd Azərbaycan həqiqətlərinin çatdırılmasından və Kaliforniyanın qanunvericilik orqanları ilə Azərbaycanın əlaqələrinin gücləndirilməsindən ibarət olub.

Səfər çərçivəsində Nəsimi Ağayev Kaliforniya Senatının sədri Darrel Staynberq ilə görüşüb. Görüşdə Azərbaycanın hazırkı inkişafı, regionda oynadığı önəmli rol, Azərbaycan-ABŞ münasibətləri, o cümlədən Azərbaycanın Kaliforniya ştatı ilə əlaqələri və digər məsələlər müzakirə olunub.

Baş konsul, həmçinin Kaliforniya Senatının və Assambleyasının bir çox üzvləri ilə görüşərək, onlarla Azərbaycana və regiona dair müxtəlif mövzular üzrə ətraflı fikir mübadiləsi aparıb.

Səxavət

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm