Azərbaycan İslam Partiyası parçalana bilər
Bizi izləyin

Nida.az

Azərbaycan İslam Partiyası parçalana bilər

Bu il mayın 22-də Azərbaycan İslam Partiyasının (AİP) mətbuat xidmətinin rəhbəri postundan və partiya üzvlüyündən istefa verən Cavid Cabbarlı yeni siyasi partiya yaradılması istiqamətində fəaliyyətə başlayıb. Bu barədə Publika.Az-a Cavid Cabbarlı məlumat verib.

O qeyd edib ki, yaxın günlərdə yeni partiyanı yaratmaq üçün təşkilat komitəsi fəaliyyətə başlayacaq:

"Təşkilat Komitəsinin ilk iclasında partiyanın məramnaməsi, nizamnaməsi müzakirəyə təqdim ediləcək. İndiyədək siyasi partiya rəhbərləri, gənclər təşkilatları fəalları, vətəndaş cəmiyyətinin nümayəndələri, ziyalılarla müzakirələr aparmışıq. Bu ilin sonunda, yaxud gələn ilin əvvəllərində partiyanın təsis qurultayını keçirəcəyik. Hələlik partiyanın adı müəyyənləşdirilməyib".

Cavid Cabbarlı AİP-də onunla bir yerdə olmuş xeyli insanın yeni yaradılacaq partiyaya qoşulacağını bildirib:

"İslam Partiyasından bizim yaradacağımız partiyaya transferlərin olacağı istisna olunmur. Çünki orada mənimlə həmfikir olanlar var. Onların bizə qoşulma ehtimalı böyükdür".

Partiyanın nə iqtidar, nə də müxalifət mövqeyində dayanacağını bildirən Cavid Cabbrlı qeyd edib ki, yeni siyasi təşkilat, cəmiyyətin bütün təbəqələrinin, o cümlədən, inanclı insanların da toplaşdığı və Azərbaycan dövlətçiliyinin inkişafına xidmət edən bir qurum olacaq.

Səxavət Həmid

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm