Ekspertlər: “Bu, hakimiyyət dairələrinin cari siyasətindən asılı deyil“
Bizi izləyin

Nida.az

Ekspertlər: “Bu, hakimiyyət dairələrinin cari siyasətindən asılı deyil“

İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhraminin Bakıya qayıtmasına baxmayaraq iki ölkə arasındakı münasibətlərdə mövcud olan fundamental problemləri həll etmək mümkün olmayacaq. Bu barədə Publika.Az-a açıqlamasında İran-Azərbaycan münasibətlərini tədqiq edən ekspertlər bildiriblər.

Azərbaycanın İrandakı keçmiş səfiri Nəsib Nəsiblinin fikrincə, Azərbaycan-İran münasibətləri İran səfirinin ölkədən getməsi və ya geri qayıtması ilə tənzimlənən məsələ ola bilməz. Onun sözlərinə görə, iki ölkə arasındakı münasibətlərdə ziddiyyətlər fundamental xarakter daşıyır və o hakimiyyət dairələrinin cari siyasətindən asılı deyil:

"Amma səfirin geri qayıtması odur ki, son dövrlərdə münasibətlərdə yaranmış ziddiyyətin zirvəsi, pik dövrü geridə qaldı. Bununla belə iki ölkə arasındakı münasibətlər gələcəkdə bu cür hadisələrdən sığortalanmayıb. Əlbəttə, gələcəkdə də bu cür hadisələr ola bilər. Daha doğrusu olacaq".

"Orta Doğu" Araşdırma Mərkəzinin sədri Sədrəddin Soltan da hesab edir ki, gələcəkdə bu sayaq hadisələrin baş verməyəcəyi ehtimalı çox azdır:

"Çünki ilk İran hakimiyyətinin iddia etdiyi nüvə silahı, bundan dolayı beynəlxalq təzyiqlər məsələsi var. İran hakimiyyəti Güney Azərbaycan türklərinin haqqını tapdamaqda davam edir. Üstəlik, İran hakimiyyəti Azərbaycan Respublikasında fəaliyyət göstərən islamçı adı ilə iranyönlülərə davamlı surətdə dəstək verir və sair. İranın Azərbaycan Respublikasına qarşı bu kimi fəaliyyəti davam etdikcə zaman-zaman iki ölkənin münasibətlərində gərginliyin yaşanması ehtimalı böyükdür".

Səxavət Həmid

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm