Xamneyidən Ruhaniyə Azərbaycanla bağlı tapşırıq
Bizi izləyin

Nida.az

Xamneyidən Ruhaniyə Azərbaycanla bağlı tapşırıq

İran Prezidenti Həsən Ruhaninin ölkəsinin Ali dini liderindən qonşu ölkələr, xüsusilə Azərbaycanla bağlı xüsusi tapşırıq aldığı bildirilir.

Axar.az xəbər verir ki, Ruhaninin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın yürütdüyü siyasətin eynisini apardığı vurğulanır. Belə ki, İranın regionda qonuşlarla əlaqələri yüksək səviyyədə saxlamaqla, Qərblə mümkün dialoq aparmaq istiqamətdə mühüm addımlar atması diqqət çəkir. Bu istiqamətdə Ruhani Küveyt əmiri Sabah Əl-Əhmədlə tarixi görüş keçirib.

Pakistanın Baş naziri Navaz Şərif ilə Tehran görüşü, Türkiyə ilə qarşılıqlı səfərlər və ən sonda Ruhaninin Bakı səfəri deyilən iddialara sübut kimi göstərilir. Ruhaninin Bakıda Azərbaycanın İran üçün yeganə dəhliz yolu olduğunu qeyd etməsi, Qərblə münasibətlərdə Bakıdan yararlanmaq istəyi də politoloqların diqqətini çəkən məqamlardır.

Rus politoloqları Xamneyinin Ruhanidən bu mövzuda rəsmi Bakı ilə ciddi münasibət qurmasını istədiyi barədə şərh yayıblar. İddialara görə, İraq və Suriyadakı problemlər İranı bölgədə əvvəlki nüfuzunu qaytarmağa məcbur edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm