Qubad İbadoğlu: “Ən demokrat adamı da qaçırdılar”
Bizi izləyin

Nida.az

Qubad İbadoğlu: “Ən demokrat adamı da qaçırdılar”

Başqanlığa keçmiş namizəd Qubad İbadoğlu Hikmət Hacızadənin Müsavatdan istefasına münasibət bildirib.


Publika.az-a açıqlamasında Q. İbadoğlu bunu Müsavat üçün böyük itki adlandırıb. Onun sözlərinə görə, H. Hacızadə yeni rəhbərliyin repressiv siyasətinə etiraz olaraq bu addımı atıb: “Hikmət bəy Müsavatın ən açıqfikirli üzvü idi. Neçə illər bu partiya üçün can qoymuşdu. Amma sonunda ən dözümlü, ən demokrat Hikmət Hacızadəni də bezdirdilər və partiyadan qaçırdılar”.


Q. İbadoğlu Müsavatın daxili demokratiya böhranı yaşadığını bildirib.


“Rəhbərliyin qərarları ilə razılaşmayanlar cəzalandırılır, fikir azadlığı boğulur. Bu avtoritar idarəetmə sistemidir. Səxavət Soltanlı haqsız olaraq çıxarıldı, eyni hal ondan əvvəl də bir neçə şəxsə qarşı olmuşdu. Daha sonra Əlövsət bəy, indi də Hikmət bəy istefa verdi. Rəhbərlik kimləri itirdiyini anlamalıdır. Bir kreslo üçün bunlara getməyə dəyməz”, - deyə o vurğulayıb.


Lakin başqanlığa keçmiş namizəd mübarizələrinin davam edəcəyini qeyd edib. Onun sözlərinə görə, ədalət öz yerini tapacaq: “Repressiyalara son qoyulacağına və Müsavatın demokratik partiya olaraq inkişaf edəcəyinə inanıram”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm