• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Çağırış: “Qalatasaray”lılar qoluna qara lent bağlasın”

  • Nida.az
  • 10 Fevral 2014 13:09
  • 1 377 Baxış
Çağırış: “Qalatasaray”lılar qoluna qara lent bağlasın”

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası katibliyinin əməkdaşları Xocalı soyqırımının dünyada tanıdılması üçün orijinal aksiyaya başlayıblar.

Publika.Az xəbər verir ki, onlar UEFA-nın və “Qalatasaray” komandasının e-mail ünvanlarına müraciət göndəriblər. Məlumatı katibliyin əməkdaşı Elnur Bağırlı “Facebook” səhifəsində yazıb. Müraciətdə xahiş olunur ki, Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində fevralın 26-ı keçiriləcək “Qalatasaray” – “Çelsi” qarşılaşmasında 26 fevral Xocalı soyqırımının anım günü türkiyəli futbolçular meydana qollarına qara lent bağlayaraq çıxsınlar.
Aksiyanın effektivliyini artırımaq üçün Jurnalist Ekspert Mərkəzi təkliflə çıxış edib. Təklifdə deyilir: “Azərbaycanda fəaliyyət göstərən bütün QHT-lər UEFA və “Qalatasaray”ın (info@uefa.com, info@galatasaray.com) ünvanlarına ingilis, türk dillərində eyni məzmunda məktub göndərsin. Təşkilat rəhbərləri təbliğat baxımından həmin məktubların mətnini “Facebook” səhifələrində paylaşsınlar.

Jurnalist Ekspert Mərkəzinin müraciəti: – 3 dildə

1992-ci il fevralın 25-dan 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərək, azərbaycanlılara qarşı soyqırım həyata keçiriblər. Bu dəhşətli faciədə 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Xocalı şəhəri yer üzündən silindi.
Cənab Mişel Platini (Ünal Aysal), Sizdən xahiş edirik, dünyanın ən dəhşətli facilərindən biri olan Xocalı soyqırımında qətlə yetirilənlərin ruhlarını bir dəqiqəlik sükütla yad etmək üçün Azərbaycanla eyni dərdi yaşayan Türkiyənin komandası “Qalatasaray”ın futbolçuları fevralın 26-da meydana qollarına qara lent bağlayaraq çıxsınlar.

***
Ermeni güçlerinin 1992 yılının 25 Şubatı 26 Şubat'ta bağlayan gecede bölgedeki 366. Alayın da desteği ile önce giriş ve çıkışını kapadığı Hocalı kasabasında, 63 çocuk, 106 kadın ve 70'den fazla yaşlı dahil olmak üzere toplam 613 sakin öldürülmüş, toplam 1275 kişi rehin alınmış ve 150 kişi ise kaybolmuştur. 25 çocuk anne ve babasını, 130 çocuk onlardan birini kaybetti. Düşman kurşununa denk gelip yaralanmış 487 kişiden 76-sı çocuktu. 1275 hocalılı esir düştü, 150 hocalılı kayboldu. Hocalı şehri yer yüzünden silindi.

Sayın Michel Platini (Ünal Aysal), sizden rica ediyoruz, dünyanın en korkunç facialarından biri olan Hocalı soykırımında öldürülen insanların ruhları adına bir dakikalık saygı duruşu yapılması için Azerbaycan'la aynı derdi yaşayan Türkiye'nin takımı "Galatasaray" ın futbolcuları 26 Şubat tarihinde meydana kollarına siyah kurdele bağlayarak çıksınlar .

***
At night from February 25 to 26 the Armenian armed forces with the participation of Russia's 366th regiment realized genocide against azerbaijani after occupation of Khojaly city. In this massacre 613 people; including 63 children, 106 women, 70 old people were killed, 8 families were completely annihilated, 25 children lost both parents, 130 children lost one parent. Also 76 from 487 wounded people were children. 1275 Khojaly citizens became captives, 150 were missed. Khojaly city was wiped out.

Mr. Mishel Platini (Unal Aysal), We ask you, in order to remember with one minute silence the soul of the men being killed wildly in one of the most terrible tragedy of the world Khojali genocide, let the football players of the team Qalatasaray of Turkey who share the same grief with Azerbaijan, go to the square in black ribbon around their arms on February 26.

İsmayıl

Xəbər lenti

DAHA ÇOX XƏBƏR