Əli Hüseynli: “Rusiya da, ABŞ da sərhədlərini pozan hərbi helikopteri vurardı”
Bizi izləyin

Nida.az

Əli Hüseynli: “Rusiya da, ABŞ da sərhədlərini pozan hərbi helikopteri vurardı”

Milli Məclisin Hüquqi siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Rusiya mediasına müsahibəsində Azərbaycan ərazilərində manevrlər edən Ermənistan helikopterinin vurulmasını şərh edib.
Publika.az qısa açıqlamanı təqdim edir.


- Azərbaycan qoşunlarının mövqeləri üzərində təhlükəli manevrlər edən erməni helikopteri hansı hədəfləri vura bilərdi?


- Bura Azərbaycanın beynəlxalq hüquq tərəfindən tanınmış əraziləridir. Helikopterin manevr etdiyi mövqelər işğal edilmiş Ağdam rayonu idi. Azərbaycan ordusunun hərəkəti mütləq şəkildə qanuni olub. Bəzi təşkilatların buna reaksiyasını böyük təəssüflə qarşılayırıq. ATƏT, ABŞ dövlət katibi və digərləri narahatlığını dilə gətirdi. Amma biz həmişə beynəlxalq hüquq prinsiplərini rəhbər tuturuq. Dağlıq Qarabağ Azərbaycan Respublikasının tərkib hissəsidir. Orda qanunsuz hərbi təlimlər keçirilir. Hərbi helikopter təkcə Azərbaycan sərhədlərini pozmadı, o, bütün Azərbaycan ərazisində manevrlər edirdi. Ermənistan istənilən qeyri-qanuni hərəkətə adekvat cavab veriləcəyini bilməlidir.


- Bəzi ekspertlər Azərbaycan qoşunlarının helikopteri vurmaq hüququnun olmadığını iddia edirlər.


- O ekspertlərdən soruşmaq istəyirəm. Əgər onların ərazisini və əhalisini hədələyən hərbi uçuşlar olarsa, bu haqda necə düşünərdilər? Əminəm ki, onlar buna haqq qazandırardılar. Bu qayda ilə Rusiya ordusu da, ABŞ ordusu da, eləcə digərləri də hərəkət edərdi.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm