Nida.az
Novruz Məmmədov: "Dünyada ədalət olmasa, beynəlxalq hüquqdan danışmaq olmaz "
"Dünyada hər kəs vəzifəsini vicdanla həyata keçirsəydi, belə gərgin vəziyyət yaranmazdı. Qərb ikiqütblü dünya dağılandan sonra bütün proseslərə geosiyasi yanaşma ortaya qoydu, maraqlar əsas götürüldü, nəticədə dünyada belə gərgin vəziyyət yarandı. Azərbaycana qarşı atılan addımlar barədə isə bir saat yox, günlərlə danışmaq olar. Məsələn, 5 gün əvvəl Azərbaycanın işğal altındakı ərazisində hərbi təlim keçirildi".
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının təşkilatçılığı ilə “QHT əməkdaşlığının nailiyyətləri və
gələcək perspektivləri” mövzusunda Bakıda keçirilən beynəlxalq
konfransda Prezident Administrasiyası rəhbərinin müavini, Xarici
əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
N.Məmmədov xatırladıb ki, bir ay əvvəl Rusiya Ukrayna sərhədindən
150 km uzaqda hərbi təlim keçirirdi: "Qərbdə bu təlimin məqsədi,
kimə təhdid yaratması ilə bağlı həyəcanlı bəyanatlar səsləndi,
müzakirələr aparıldı. Bəs niyə Azərbaycanın işğal olunmuş
ərazisində aparılan təlimlərlə bağlı belə münasibət ortaya
qoyulmadı? Azərbaycan həmin ərazilərdə 1994-cü ildən uçuşlara
qadağa qoyub, bunu yada salan yoxdur. Niyə beynəlxalq QHT-lər
münasibət ortaya qoymadı? Hətta bu gün də Qərb mediasında baş verən
hadisə təhrif olunmuş formada çatdırılır. Bütün bunları ona görə
deyirəm ki, bura əməkdaşlıq üçün yığışmışıq. Bu cür proseslər
dünyada gərgin vəziyyəti yaradan əsas səbəblərdir. Niyə
Azərbaycanın ərazisində separatçı qurum, yaxud Ermənistan təlim
keçirməlidir? Biz Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı
Qərbdən ədalətli mövqe istədik. ATƏT-in Minsk Qrupunun həmsədrləri
niyə uğurlu addım ata bilmir? Çünki ATƏT-in Minsk Qrupunun
həmsədrləri də beynəlxalq hüququ kənara qoyub. Onlar BMT
Təhlükəsizlik Şurasının 4 qətnaməsi barədə də heç vaxt danışmırlar.
Azərbaycanın Dağlıq Qarabağ ərazisi, ətrafdakı 7 rayon işğal
olunub, yüz minlərlə insan əsas hüquqlarından məhrum olub. Niyə
beynəlxalq QHT-lər bunu demir? Postsovet məkanında yaranan
dövlətlərə baxın, o dövlətlərin hamısı Qərbə inteqrasiya olunmaq
istəyirdi. Ancaq indi o dövlətlər deyir ki, Qərbdən isti münasibət
görmürlər”.
N. Məmmədov daha sonra qeyd edib ki, Ermənistan son məqama qədər
Avropa İttifaqı ilə “Assosiasiya sazişi” imzalamaq istədiyini bəyan
etsə də, Ermənistan prezidenti son gündə başqa ittifaqa daxil
olduqlarını açıqlayıb: “Ukraynada Yanukoviç bir qədər vaxt
istəyirdi, Ukraynada nələr baş verdi? Dünyada ədalət olmasa,
beynəlxalq hüquqdan danışmaq olmaz. Belə məsələlər bu gün
Azərbaycanı çox narahat edir. ATƏT-in Minsk qrupunun fəaliyyəti
belə davam edərsə, biz bəlkə öz iradəmizlə bunu etməyə çalışaq? Bu,
bizim hüququmuzdur. Hərbi təlimlər Azərbaycana qarşı təxribat idi.
Ermənistanın hərbi helikopteri Ağdam rayonunda bir neçə dəfə
əsgərlərimizin üstündən uçub, hətta əsgərlər imkan tapıb, onu
videoya da çəkiblər”.
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?