İsa Qəmbər sükutu pozdu: “Əslində...”
Bizi izləyin

Nida.az

İsa Qəmbər sükutu pozdu: “Əslində...”

Müsavatın keçmiş başqanı İsa Qəmbər, nəhayət ki, qurultaydan sonra partiyada baş verən qarşıdurmaya reaksiya verib.


Publika.az xəbər verir ki, İ. Qəmbər “facebook” səhifəsində məsələyə bir cümləlik münasibət bildirib.


“Kənardan necə görünməsindən asılı olmayaraq, əslində savaş hakimiyyətlə Müsavat arasında gedir”, - deyə keçmiş başqan qeyd edib.


Xatırladaq ki, Müsavat Partiyasının bu ilin 27 sentyabr tarixində keçirilən qurultayında Arif Hacılı 28 səs fərqi ilə Qubad İbadoğluya qalib gəlib. Qurultaydan narazı qalan ikinci tərəf bir neçə məsələ barədə şikayət ərizəsi təqdim etsə də, rəhbərlik bunları əsassız hesab edib.

Daha sonra qarşıdurma şiddətlənib. Yeni rəhbərlik cəza forması olaraq bir neçə şəxsi partiyadan uzaqlaşdırıb. Buna etiraz olaraq istefa verənlər var.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm