Onlar Əli Kərimlini tərk etdi...- FOTO
Bizi izləyin

Nida.az

Onlar Əli Kərimlini tərk etdi...- FOTO

Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) istefa verərək Klassik Xalq Cəbhəsi Partiyasına (KXCP) keçən 52 nəfər yeni üzv olduqları partiyada fəaliyyətə başlayıblar.


KXCP-dən Publika.az-a verilən məlumata görə, yeni üzvlər partiyanın seçkili qurumlarının ilk toplantısında iştirak ediblər. Toplantıda qarşıdan gələn bələdiyyə seçkiləri müzakirə olunub. Əli Kərimlinin keçmiş tərəfdarları seçkilərdə KXCP-nin qələbəsi üçün mübarizə aparacaqlarını bildiriblər.


Qeyd edək ki, ötən ayın sonunda AXCP-nin Sumqayıt şəhər şöbəsinin 52 nəfər üzvü şöbənin keçmiş sədri Kəmaləddin Rəhimova qarşı aparılan kampaniyaya etiraz olaraq istefa verib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm