• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Arif Hacılının qardaşından mesaj: “Hikmət Hacızadəni istefa vermək həddinə çatdırdılar”

  • Nida.az
  • 19 Noyabr 2014 13:32
  • 244 Baxış
Arif Hacılının qardaşından mesaj: “Hikmət Hacızadəni istefa vermək həddinə çatdırdılar”

“Hikmət Hacızadənin istefasına şəxsən səmimi olaraq təəssüflənirəm. Kim bunun əksini iddia edirsə, yanılır. Hikmət bəyin istefasına bunu əllərində bayraq edərək Müsavata hücumları artıranlar sevinə bilər”.


Publika.az xəbər verir ki, bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılının qardaşı, partiya funksioneri Mustafa Hacıbəyli keçmiş Məclis üzvü Hikmət Hacızadənin istefasına münasibət bildirərkən qeyd edib.


M. Hacıbəyli Hikmət Hacızadənin qurultaydan sonra yeni rəhbərliyə dəstəyini xatırladıb.


“O, qurultaydan sonra çıxış edərək baş verənləri demokratiya dərsi adlandırdı. Digər partiyalara Müsavatın demokratiya dərsindən yararlanmaları üçün müraciət edilməsini təklif etdi. Qurultaydan sonrakı günlərdə Hikmət Hacızadə istər mətbuatda, istərsə də şəxsi görüşlərdə Müsavatın yeni rəhbərliyinə dəstəyini ifadə edib. Amma fitnə salıb münasibətləri gərginləşdirdilər, körüklədilər. Hikmət bəyi istefa vermək həddinə çatdırdılar. Bu istefaya və əvvəlki istefalara görə məsuliyyət münasibətləri körükləyən, fitnə toxumu səpən iki nəfərin üzərinə düşür”, - deyə M. Hacıbəyli ad çəkmədən mesaj verib.


Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR