Nida.az
Qubad İbadoğluna qarşı ittihamlara cavab: “Bunlar qərəzdən irəli gəlir”
Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasında (MSŞA) narazılıq səngimək bilmir.
“Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası” İctimai
Birliyinin təsis olunması və üç nəfərin - Qubad İbadoğlu, Əliməmməd
Nuriyev və Sevil Allahverdiyevanın təsisçi kimi göstərilməsi
koalisiya üzvləri tərəfindən etirazla qarşılanıb. Koalisiyanın
təsisçilərindən olan Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi
Liqasının rəhbəri Sahib Məmmədov baş verənlərdə Qubad İbadoğlunu
günahlandırıb.
MSŞA ittihamlara cavab olaraq bu gün açıqlama yayıb.
Publika.az-a daxil olan açıqlamada koalisiyanın
fəaliyyətində yaranmış problemlərin aradan qaldırılması üçün MSŞT
üzrə Hökumət Komissiyasının sədri Şahmar Mövsümovla görüşmək barədə
qərar qəbul edildiyi bildirilib.
Koalisiyanın maliyyə fəaliyyətinə maneələrin aradan qaldırılması üçün Koalisiya Şurası tərəfindən idarə ediləcək və sırf Koalisiyaya maliyyə operatorluğu funksiyasını həyata keçirəcək, başqa heç bir fəaliyyətlə məşğul olmayacaq bir QHT yaradılması təklif olunub: “Səsvermə nəticəsində təsisçiləri sayının 3 nəfər Koalisiya üzvü olması təklifi qəbul edilib. Sonra təsisçilər barədə müzakirələr aparılıb, təsisçilər kimi Qubad İbadoğlu, Sevil Allahverdiyeva və Əliməmməd Nuriyevin namizədliyi irəli sürülüb və bu namizədlər iclasda iştirak edən 8 Şura üzvü tərəfindən dəstəklənib. Bu barədə məlumat koalisiyanın şəbəkəsində yayılandan sonra bəzi üzvlər etirazlarını separat danışıqlar və gizli sövdələşmələr kimi təqdim ediblər. Şuranın qərarından narazı koalisiya üzvləri bu prosedurdan yararlanmaq əvəzinə, şuranın qərarı ilə bağlı qərəzli mövqelərini sosial şəbəkələr vasitəsilə mediaya ötürüblər və bununla da ictimai rəydə çaşqınlıq yaradıblar. Bu müzakirələrin istiqamətini də qərəzli şəkildə MSŞA Koalisiyasının koordinatoru Qubad İbadoğlunun əleyhinə kampaniyaya çeviriblər. MSŞA Koalisiyasının məlum görüşdə iştirak etmiş şura üzvləri olaraq Şahmar Mövsümovla görüşün şuranın qərarı və müraciəti əsasında baş tutduğunu bildiririk. Koalisiya Şurasının məlum qərarı ilə bağlı mediada yer almış əsassız iddiaları qəti şəkildə pisləyir və bu məsələdə MSŞA Koalisiyasının koordinatoru Qubad İbadoğlunun adının əlahiddə hallandırılması məhz ona qarşı olan qərəzdən irəli gəldiyini bəyan edirik. Bütün bunları nəzərə alaraq, məsələ ilə bağlı media qurumlarını obyektiv mövqe nümayiş etdirməyə, dəqiqləşdirilməmiş və əsaslandırılmamış iddialarla MSŞA Koalisiyası Şurasının və onun koordinatoru Qubad İbadoğlunun nüfuzuna xələl gətirən qara piar kampaniyasına son qoymağa çağırırıq”.
Asif
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var