Azərbaycan prezidenti İordaniya səfirini qəbul edib
Bizi izləyin

Nida.az

Azərbaycan prezidenti İordaniya səfirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 19-da İordaniya Haşimilər Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nassar Al-Habaşnehin etimadnaməsini qəbul edib.

Publika.az-ın “AzərTAc” agentliyinə istinadən verdiyi məlumata görə, səfir Nassar Al-Habaşneh fəxri qarovul dəstəsinin qarşısından keçib.

Nassar Al-Habaşneh etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Nassar Al-Habaşneh İordaniya Kralı II Abdullahın salamlarını dövlətimizin başçısına çatdırıb. O, ikitərəfli əlaqələrimizin möhkəmləndirilməsində Azərbaycan prezidenti İlham Əliyevlə İordaniya Kralı II Abdullah arasında mövcud olan dostluq münasibətlərinin önəmini vurğulayıb. İordaniyalı diplomat ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

İordaniya Kralı ilə yaxşı dostluq münasibətlərinin olduğunu vurğulayan dövlət başçısı İlham Əliyev II Abdullah ilə Azərbaycanda, İordaniyada və müxtəlif beynəlxalq sammitlərdə, konfranslarda görüşlərini məmnunluqla xatırlayıb. Azərbaycan ilə İordaniya arasında ikitərəfli münasibətlərin yaxşı səviyyədə olduğunu deyən prezident İlham Əliyev əlaqələrimizin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Dövlətimizin başçısı ölkələrimizin BMT-də və digər beynəlxalq təşkilatlarda bir-birini dəstəkləməsinin önəmini qeyd edib.

Prezident İlham Əliyev II Abdullahın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İordaniyanın Kralına çatdırmağı xahiş edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm