Nida.az
Azərbaycan prezidenti: "Xidmət modelimiz digər ölkələr üçün nümunə ola bilər"
"Azərbaycan sürətlə inkişaf edən müasir dövlətdir. Bu dinamikanın saxlanılması üçün tədbirlər ardıcıl şəkildə davam etdirilir". Trend xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) ali qurumu - üzv dövlətlərin Assambleyasının üçüncü sessiyasının iştirakçılarına təbrik məktubunda deyib.
Təbrik məktubunun mətnini Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri, 1-ci dərəcəli dövlət müşaviri Fuad Ələsgərov oxuyub.
Prezident məktubda bildirib: "Hörmətli Assambleya iştirakçıları!
Sizi Bakı şəhərində Beynəlxalq Antikorrupsiya Akademiyasının
Assambleyasının açılışı münasibətilə təbrik edir, səmimi qəlbdən
salamlayıram. Ölkəmizdə şəffaf ictimai münasibətlər sistemi
formalaşdırılmış, demokratik institutların fəaliyyəti təmin
edilmişdir. Fəaliyyətimiz beynəlxalq təşkilatlar və nüfuzlu reytinq
agentlikləri tərəfindən yüksək qiymətləndirilir. Bu, həm də dövlət
idarəçiliyinin yenilənməsi və korrupsiyaya qarşı mübarizənin uğurla
aparılması üçün mövcud qətiyyət və möhkəm siyasi iradə ilə
bağlıdır".
İlham Əliyev qeyd edib ki, Azərbaycan Respublikası Avropa Şurasının
Nazirlər Komitəsinə sədrlik etdiyi dövrdə də korrupsiyaya qarşı
mübarizəni prioritet elan etmiş və beynəlxalq səviyyədə bu
problemlə ciddi məşğul olmaq əzmini göstərmişdir: "Ölkəmiz bu
sahədə bütün beynəlxalq təşəbbüslərin aktiv iştirakçısıdır.
Azərbaycan BMT-nin Korrupsiya Əleyhinə Konvensiyasına ilk qoşulan
dövlətlərdən biridir. Şəffaflıq, açıq hökumət prinsipləri, elektron
hökumət, innovativ yanaşma dövlət siyasətimizin prioritet
istiqamətlərindəndir. Dövlət xidmətlərinin göstərilməsində tətbiq
etdiyimiz korrupsiyanı tam istisna edən xidmət modeli digər ölkələr
üçün də nümunə ola bilər".
Dövlət başçısı bildirib ki, korrupsiyaya qarşı mübarizənin səmərəli
olması üçün təhsil və təlim daim diqqətdə saxlanılmalı, yaxşı
təcrübələr mütəmadi mübadilə edilməlidir: "Beynəlxalq
Antikorrupsiya Akademiyası bu sahədə aktiv töhfə verən yeni
beynəlxalq təşkilatdır. Bu fəaliyyət üzv dövlətlər tərəfindən
dəstəklənməlidir. Əminəm ki, Assambleya bu sahədə yeni
təşəbbüslərin və əməkdaşlıq əlaqələrinin möhkənlənməsi üçün yeni
imkanlar açacaqdır. Sizi bir daha təbrik edir, Assambleyanın işinə
uğurlar arzulayıram!"
Qeyd edək ki, tədbirə 43 ölkədən 130-dan çox nümayəndə, o cümlədən
nüfuzlu beynəlxalq təşkilatlar - Avropa Şurası, Avropa İttifaqı,
Korrupsiyaya qarşı Dövlətlər Qrupu, (GRECO), Avropa Komissiyasının
Dələduzluqla mübarizə üzrə Avropa bürosunun rəhbərləri, müstəqil
antikorrupsiya qurumlarının rəhbərləri, ədliyyə və daxili işlər
nazirləri iştirak edirlər.
Xatırladaq ki, Beynəlxalq Antikorrupsiya Akademiyası BMT-nin
Korrupsiya Əleyhinə Konvensiyasının implementasiyası çərçivəsində
həmin Konvensiyaya üzv olan dövlətlərin 2009-cu ilin noyabr ayında
Qətərin Doha şəhərində keçirilmiş 3-cü illik konfransının qərarına
əsasən yaradılıb.
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu