Bayram Səfərov: “Azərbaycan nə edibsə, əcəb edib”
Bizi izləyin

Nida.az

Bayram Səfərov: “Azərbaycan nə edibsə, əcəb edib”

Azərbaycan ərazisində ancaq dövlətin razılığı ilə təyyarə uça bilər. Əks halda, uçuşlar qanunsuzdur.

“Hərbi helikopter qəzasından sonra ermənilərin Azərbaycana qarşı hədə ilə danışmağa daha gücü çatmaz”. Bunu Publika.az-a açıqlamasında Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov bildirib.

Onun sözlərinə görə, indi Azərbaycanın hərbi büdcəsi Ermənistanın büdcəsindən 5 milyard dollar çoxdur. B.Səfərov deyib ki, hazırda Ermənistanda vəziyyət daha da gərginləşib: “Ermənistanın vəziyyəti gündən-günə daha da ağırlaşır. Ermənilərin nəyi var? Erməni acından köpük qusur. Artıq Ermənistan çöküb. O bizik ki, istədiyimiz zaman Ermənistana nə istəsək, edə bilərik. Bunun da vaxtı var. Biz prezidentin yürütdüyü siyasəti dəstəkləyirik və onun atacağı addımı gözləyirik. Ali Baş Komandan nə zaman müharibə əmri versə, bütün yaşlı nəsil səfərbər olub erməniləri tapdalamağa və üzərindən keçməyə hazırdır. Şəxsən mən özüm də torpaqlarımızı işğaldan azad etmək üçün canımdan belə keçməyə hazıram”.

B.Səfərov beynəlxalq təşkilatların Azərbaycana qarşı apardığı ikili standartlardan da danışıb: “Beynəlxalq təşkilatların Azərbaycana qarşı ikili standartları birinci dəfə deyil. Bu təşkilatlar hər zaman bu cür mövqe sərgiləyir. Ancaq istənilən halda son qələbə Azərbaycanın olacaq. Mən hər zaman demişəm ki, Azərbaycan suveren və müstəqil dövlətdir. BMT Təhlükəsizlik Şurası, Avropa Birliyi, Avropa Şurası və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərini tanıyır. Ona görə də Qarabağda separatçı rejimin fəaliyyəti heç bir nəticə verməyəcək. Çünki o qondarma bir qurumdur. Azərbaycan ərazisində uçuşlar edən istənilən ölkə dövlətimizdən icazə almalıdır. Əgər icazə alınmırsa, bu Azərbaycan sərhədlərinin pozulması deməkdir. Dövlət sərhədini pozanlara qarşı necə davranmaq Azərbaycanın suveren hüququdur. Azərbaycan dövləti sərhədi pozanlara qarşı necə istəsə, o cür də hərəkət edə bilər. Buna kiminsə müdaxilə etməyə haqqı yoxdur. İstər mülkü, istərsə də hərbi təyyarə olsun, əgər o sərhədi qanunsuz olaraq pozursa, o zaman onun vurulması qanuna uyğundur. Cəbhədə erməni helikopterinin vurulması Azərbaycanın şəxsi işidir. Azərbaycan nə edibsə, əcəb edib. Azərbaycan dövləti kiminləsə məsləhətləşməli deyil ki, mən ərazimi necə qoruyum? Əgər ermənilər bu cür əməllərini təkrarlayacaqsa, yenə də cavablarını alacaqlar”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm