Siyavuş Novruzov: ”Azərbaycanı Ermənistanla müqayisə etməyin”
Bizi izləyin

Nida.az

Siyavuş Novruzov: ”Azərbaycanı Ermənistanla müqayisə etməyin”

Milli Məclisin bugünkü iclasında çıxış edən YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Azərbaycanın Ermənistanla müqayisə edilməsinə qarşı çıxıb.

Publika.az-ın məlumatına görə deputat bildirib ki, dövlət büdcəsinin Ermənistan dövlət büdcəsi ilə müqayisəsi uğursuz və yersizdir:

“Bəzi həmkarlarımın Azərbaycanı Ermənistanla müqayisə etməsi düzgün deyil. Yaxşı olar ki, Azərbaycan Rusiya, Avropa ölkələri ilə müqayisə edilsin”.

S.Novruzov kreditlərin əhalidə yaratdığı problemlərlə bağlı danışarkən maraqlı fikir səsləndirib: “Camaat borca düşür, məznilləri əlindən alınır. Əhali bu pulu ödəmək üçün ya oğruluqla, ya da narkotika alveri ilə məşğul olmalıdır. İpoteka krediti ilə bağlı da problemlər mövcuddur. İpoteka sanki imkanlı şəxslər üçün nəzərdə tutulub. Nazir müavininin məvacibi belə kreditin alınmasına yetmir”.

Müəllimlərin sosial durumundan söz açan deputat bunları deyib: “Azərbaycanda müəllimlərin sayı Amerikadakından üç dəfə artıqdır. Buna görə islahat aparılmalıdır və müəllimlərin əməkhaqları da bundan sonra artırılmalıdır. Deyirlər ki, guya təhsil sahəsində islahat aparılır. Gah deyirlər Boloniya sistemi tətbiq olunur, gah da kurikulum tətbiq olunur. Bunlar heç bir nəticə verməyib”.

YAP rəsmisi məktəblilərin hərbi hazırlıq səviyyəsinin aşağı səviyyədə olmasını da spiker Oqtay Əsədovun diqqətinə çatdırıb: “Oqtay müəllim, bir gedin məktəblərin qabağındakı şagirdlərə baxın. Onların çoxu hərbi hazırlıqdan məhrumdur və Azərbaycan ordusu üçün münasib deyil. Bizə oxumaq da lazımdır, Nobel mükafatı almaq da. Amma bunlar qədər bizə əsgər də lazımdır. Sabah İŞİD gələndə biz onun qabağına bəstəkar çıxarmayacağıq, əsgər çıxaracağıq. Ona görə də yaxşı olar ki, bu məsələ diqqətdə saxlanılsın. Siyasi partiyalara ayrılan vəsait də artırılmalıdır”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm