"Sarkisyan Qarabağı rüşvətlə satıb...” -Şok İttiham
Bizi izləyin

Nida.az

"Sarkisyan Qarabağı rüşvətlə satıb...” -Şok İttiham

"Biz öz qonşularımızla problemlərimizi həll etməliyik"

Ermənistan prezidentinin keçmiş milli təhlükəsizlik müşaviri (Levon Ter-Petrosyan administrasiyası), hazırda ABŞ-ın Miçiqan Universitetinin professoru olan Jirayr Libaredyan Serj Sərkisyanı “Qarabağı rüşvətlə Rusiyaya satmaqda” ittiham edib.Virtualaz.org saytı xəbər verir ki, Libaredyan bu barədə “İratec de fakto” erməni qəzetinə müsahibəsində danışıb.

“Ermənistanın indiki hakimiyyəti Dağlıq Qarabağ rəhbərliyi ilə birlikdə praktiki olaraq Ermənistanın müstəqilliyini və Dağlıq Qarabağın taleyini Rusiyaya təslim edir. Və bu, rüşvət formasında edilir” - deyə bir vaxtlar Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlarda iştirak etmiş Libaredyan bildirib.

Keçmiş milli təhlükəsizlik müşaviri deyib ki, Ermənistan hakimiyyətinin Rusiyaya etdiyi güzəştlər ölkənin satılmasından başqa bir şey deyil. Əks halda bu güzəştləri heç nə ilə əsaslandırmaq olmaz.“Serj Sərkisyan Gömrük İttifaqına üzvlüyü təhlükəsizlik amili ilə əsaslandırır. Guya nə baş verəcəkdi? Türkiyə Ermənistana hücum edəcəkdi və Rusiya Ermənistan qarşısında öhdəliklərini yerinə yetirməyəcəkdi? Yaxud Azərbaycan Dağlıq Qarabağa hücum edəcəkdi və Rusiya ona daha 4 milyard dollarlıq silah satacaqdı? Lakin Türkiyənin bizə hücum etmək fikri yoxdur. Rusiya isə heç vaxt Qarabağı bizə vəd etməyib və etmir. İndiki bazar alverinin səviyyəsi tələb edir ki, bizim hakimiyyət təhlükənin haradan qaynaqlandığını dəqiq desin. Hələlik elə təsəvvür yaranır ki, təhlükə istisnasız olaraq Moskvadan yönəlmişdi, bizimkilər isə sadəcə olaraq Rusiyanı ələ almaq istəyir. Lakin Rusiyanın bu cür rüşvəti qəbul etmək üçün özünəvurğunluğu həddən artıqdır. O hesab edir ki, bizim verdiklərimiz təbii haqqıdır” - deyə Libaredyan bildirib.

Keçmiş müşavir hesab edir ki, hakimiyyət ölkəni indiki dalandan çıxarmaq üçün son 15 ildəki səhvlərini etiraf etməlidir.“Birincisi, biz öz qonşularımızl problemlərimizi həll etməliyik, bununla da təhdidləri və Rusiyadan, hansısa başqa ölkədən asılılıq səviyyəsini azaltmalıyıq. İkincisi, etiraf etmək lazımdır ki, Köçəryanın xarici siyasətinin “böyük kəşfi” olan komplementarlıq ideyası, yəni təhlükəsizliyi Rusiyadan, iqtisadi inkişafı Qərbdən almaq ideyası böyük sabun köpüyündən başqa bir şey deyildi” - deyə Libaredyan vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm