Büdcədən elmə ayrılan vəsait yetərli deyil
Bizi izləyin

Nida.az

Büdcədən elmə ayrılan vəsait yetərli deyil

Azərbaycan elm mühitində son illərdə aparılan genişmiqyaslı islahatlarla müqayisədə 2015-ci ilin dövlət büdcəsindən elmə ayrılan vəsait yetərli deyil”.

Publika.az xəbər verir ki, bunu Milli Elmlər Akademiyasının vitse-prezidenti, deputat İsa Həbibbəyli 2015-ci ilin dövlət büdcəsinin müzakirəsi zamnaı çıxış edərkən deyib. İ.Həbibəyli bildirib ki, Azərbaycan elminin müstəqillik düşüncəsinin yaranmasında böyük xidmətləri olduğu nəzərə alınmalıdır.

Milli Elmlər Akademiyasının rəsmisi söyləyib ki, bir neçə il ərzində təsmil etdiyi qurum cəmiyyətə elmi kəşflər təqdim edilib:”“Buna görə elmə ayrılan vəsaitlər artırılmalıdır. Bu, həm də elm adamlarının əmək haqlarına müsbət təsir edir”.

Deputat qeyd edib ki, xaricə təhsil proqramını təkmilləşdirməklə doktorantların və stajorların xaricə təhsil almasını təmin etmək olar.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm