Yeni partiya ideyasına sərt reaksiya: “Müsavatın adına iddia edə bilməzlər”
Bizi izləyin

Nida.az

Yeni partiya ideyasına sərt reaksiya: “Müsavatın adına iddia edə bilməzlər”

Müsavat Partiyasının yeni rəhbərliyi narazıların yeni partiya yaratması ideyasına münasibət bildirib.


Müsavat başqanının müavini Gülağa Aslanlı Publika.az-a açıqlamasında istənilən adamın partiya yaratmaq hüququnu tanıdıqlarını deyib: “Kim partiya yaratmaq istəyirsə, buyursun, həyata keçirsin. Kimsə onların bu hüququnu əllərindən almır. Amma bundan əvvəl də Müsavatdan gedənlər partiya yaradıblar. Onların Müsavatdan nə qədər tərəfdar apara bildiyi göz önündədir. Buna görə də "yeni partiyanın yaranması Müsavatın parçalanması ilə nəticələnə bilər" fikri ilə razı deyiləm. Ən pis halda Müsavatdan qopmalar ola bilər”.


Arif Hacılının yeni müavini, hüquqşünas Osman Kazımov isə Publika.az-a açıqlamasında yeni partiya yaradanların Müsavatın adından istifadə etməsinin hüquqi əsaslarının olmadığını bildirib: “Hafiz Hacıyev də Müasir Müsavat Partiyası yaradıb. Bunlar da belə bir forma seçib hansısa adda partiya yarada bilərlər. Amma konkret Müsavatın adına iddia etmələrinin hüquqi əsası yoxdur”.


Amma O. Kazımov Qubad İbadoğlunun bu addıma getməsini real hesab etmir.


Qeyd edək ki, başqanlığa keçmiş namizəd Səxavət Əlisoy narazıların yeni partiya yaratmaq məsələsini müzakirə etdiyini, qərarın gələn həftə açıqlanacağını bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm