Ziyafət Əsgərov: “ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatı mənasız, məntiqsiz və təxribat xarakterlidir”
Bizi izləyin

Nida.az

Ziyafət Əsgərov: “ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatı mənasız, məntiqsiz və təxribat xarakterlidir”

“Hamı çalışır ki təmsil etdiyi sahəyə daha çox vəsait ayrılsın. Ancaq biz büdcəmizə görə hərəkət etməliyik.Yəni ayağımızı yorğanımıza görə uzadaq”.

Publika.az xəbər verir ki, bu açıqlama ilə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov 2015-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edib. O deyib ki, vaxtı ilə büdcədə 70 miylon manat vəsait vardı: Ötən illərlə müqayisədə Azərbaycan istənilən sahədə əhəmiyyətli irəliləyişə nail olub”.

Ziyafət Əsgərov ATƏT-in Minsk Qrupu həmsədrlərinin məlum helikopter məsələsi ilə bağlə bəyanatını da şərh edib. O qeyd edib ki, Azərbaycan hərbçilərinin erməni helikopterini vurması barədə bəyanat verən ATƏT-in Minsk Qrupunun həmsədlərinin bəyanatı mənasız, məntiqsiz və təxribat xarakterlidir. “Necə yəni helikopter düşən yer neytral ərazidir? Minsk Qrupu həmsədrləri özləri deyiblər ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar”,-deyə Milli Məclis rəsmisi etiraz edib.

Qeyd edək ki, Minsk Qrupunun həmsədrləri noyabrın 12-də Azərbaycan hərbçiləri tərəfindən məhv edilən Ermənistan ordusuna məxsus helikopterin düşdüyü ərazini “neytral zona” adlandırıb.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm