ABŞ səfirliyi də təəssüf etdi
Bizi izləyin

Nida.az

ABŞ səfirliyi də təəssüf etdi

“Dağlıq Qarabağda erməni helikopterinin vurulması ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrləri də, ABŞ Dövlət Departamenti də münasibət bildirib. Biz bu helikopterin vurulmasına səbəb olan hadisələrə görə təəssüflənirik”.

Trend xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan bu gün jurnalistlərə açıqılamasında deyib.

D.Hoqan qeyd edib ki, ABŞ tərəfləri münaqişəni dinc yolla nizamlamağa çağırır: “Prezidentlərin Soçidə, Uelsdə və Parisdə keçirilən görüşlərində müəyyən razılaşma və irəliləyişlər əldə olunmuşdu. Biz tərəfləri bu razılaşma və irəliləyişləri davam etdirməyə, bunun nəticəsində yekun dinc nizamlanmaya nail olmağa çağırırıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm