Nida.az
Əli Ömərov YAP-a üzv oldu - ÖZƏL
Azərbaycanın sabiq baş prokuroru Əli Ömərov hakim Yeni Azərbaycan Partiyasına (üzv) qəbul edilib.
Bu barədə Publika.az-a sabiq baş prokuror Ə.Ömərov özü məlumat verib.
Ə.Ömərov deyib ki, YAP üzv olmaq üçün göndərdiyi müraciətə dərhal baxılıb və partiyanın Nəsimi rayon təşkilatına qəbul edilib: “Mən hər zaman bu partiyanın yaradıcısı olan mərhum Heydər Əliyevin şəxsiyyətinə böyük hörmət etmişəm. Bu gün də onun davamçısı olan prezident İlham Əliyevin siyasətini dəstəkləyirəm. Mənim bir siyasi mövqeyim olub, o da Heydər Əliyevi siyasətini dəstəkləməkdir”.
Baş prokuror olduğu vaxt Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyə qarşı cinayət işi başlatmaq istəməsi barədə yayılan məlumatlara da toxunan Ə.Ömərov deyib ki, bu barədə söylənilən fikirlər yalan və böhtan xarakterlidir: “Mənim Əbülfəz Elçibəylə heç bir düşmənçiliyim olmayıb. Heç dostluğum da olmayıb. Hamı kimi normal münasibət bəsləmişəm. Mən nə üçün Əbülfəz Elçibəyi həbs etməli idim? Əgər onu həbs etmək istəsəydim, bunu o zaman edərdim. Odur ki, bu cür məlumatlar yalandır”.
Xatırladaq ki, Ə.Ömərov YAP-a üzv olmaq istəyi barədə ilk açıqlamasını da Publika.az-a müsahibəsində dilə gətirib.
Vasif Həsənli
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir