“Sən kimin yanındasan, İsa Qəmbər?” – keçmiş başqana sərt sözlər
Bizi izləyin

Nida.az

“Sən kimin yanındasan, İsa Qəmbər?” – keçmiş başqana sərt sözlər

Müsavat Partiyasında narazıların cəzalandırılmasına etiraz olaraq istefa verən Hikmət Hacızadə jurnalistlərə “mənə ABŞ-dan, Çindən sual verin, Müsavatla bağlı yox” desə də, sosial şəbəkələrdəki müzakirələrə qoşularaq fikirlərini bildirib.


Publika.az xəbər verir ki, ona ünvanlanan “Səxavət Əlisoy kimi adama görə istefa verməklə xalqın məhəbbətini qazanmaq inandırıcı görünmür” qeydinə H. Hacızadə əsas məsələnin S. Əlisoy olmadığı cavabını verib:

“Söhbət Saxəvət Əlisoydan getmir, yadfikirliliyə basqıdan gedir. Sabah hər bir müsavatçı bu vəziyyətlə üzləşə bilər. Demək, mən hər bir müsavatçıya görə istefa vermişəm”.


“Hikmət bəy, kimsə Rəsulzadəyə söysə, bunu fikir azadlığı sayarsınız?” sualına siyasətçinin cavabı belə olub:

“Mən yox, Avropa Məhkəməsi bunu fikir azadlığı sayır. Dünyada iki variant var. Biri söyüşlü demokratiya, ikincisi söyüşsüz diktatura. İndi siz özünüz seçin”.


Qeyd edək ki, dünən İsa Qəmbər 2 aydan artıq davam edən susqunluğun ardından qurultaydan sonra Müsavat Partiyasında başlayan qarşıdurmaya münasibət bildirib. “Kənardan necə görünməsindən asılı olmayaraq, əslində savaş hakimiyyətlə Müsavat arasında gedir”, - deyə o, dolayısı yolla Arif Hacılıya dəstəyini nümayiş etdirib.


Keçmiş Məclis üzvü Vurğun Əyyubun İsa Qəmbərin açıqlamasına reaksiyası maraqlı olub. O, “İsa Qəmbər sən kimin yanındasan” deyə sual verib: “Əsas məsələ İsa Qəmbərin bu mübarizədə müsavatçıların, yoxsa hakimiyyətin yanında olub, olmamasıdır. İsa Qəmbər bu suala cavab verməlidir ki, kimlərin yanındadır”, - deyə o qeyd edib.


Müsavat Partiyasının üzvü, İsa Qəmbərin keçmiş müşaviri Hüseyn Məlik isə keçmiş başqanına sərt reaksiya verib.


“İqbal Ağazadə, Əli Əliyev, Əhməd Orucla bir yerdə oturmağa məhkum olanlar, mənimlə bir yerdə otura bilmir, danışa bilmir. Məni hakimiyyət tərəfində olmağıma işarə edir”, - deyə o mesaj göndərib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm