Nida.az
Elxan Süleymanov: “Siyasi sabitliyi pozmaq, iğtişaşlar törətmək istəyirlər”
“Sırf anti-Azərbaycan ritorikası ilə tanınan Avropa Sabitlik Təşəbbüsü qeyri-hökumət təşkilatının 14 noyabr 2014-cü ildə hazırladığı materialda təşkilat öz ənənəsinə sadiq qalıb. Lakin təşkilatın qəzəbinə tək Azərbaycan hakimiyyəti deyil, eyni zamanda Azərbaycanla bağlı məsələlərdə heç bir mövqe bildirməyən və ya tarazlaşdırılmış mövqe nümayiş etdirən təşkilatlar və Avropa təşkilatlarının rəsmi nümayəndələri tuş gəlib”.
Bunu Publika.az-a açıqlamasında Avronest PA-da
Azərbaycan nümayəndə heyətinin rəhbəri, AŞPA-da nümayəndə
heyətimizin üzvü, millət vəkili Elxan Süleymanov deyib.
Qeyd edək ki, Avropa Sabitlik Təşəbbüsü təşkilatı hazırladığı
materialda 2014-cü ilin may-noyabr ayları ərzində Azərbaycanın
Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyi dövrü xarakterizə
edərək “ümumiyyətlə, son hadisələr Strasburqda Avropa Şurasını
cəfəngiyatın siyasi tamaşası üçün səhnəyə çevirib” deyə yazıb.
Material müəllifləri öz iddialarını sübuta yetirmək üçün Anar
Məmmədlinin may ayında 5 il müddətinə mühakimə edilməsini misal
göstərir və “bu günə qədər nə AŞ Nazirlər Komitəsi, nə də AŞ baş
katibi, nə də Norveçin keçmiş baş naziri Torbyörn Yaqland onu
qeyd-şərtsiz azad etməyə çağırmayıb” deyə qəzəblə vurğulayıb.
E. Süleymanov təşkilatın Yaqlandı hədəf almasının səbəbini
açıqlayıb: “Müəlliflər Azərbaycan hakimiyyətinin onların əsassız və
qərəzli iddialarına məhəl qoymadığını anlayaraq ürəklərini soyutmaq
məqsədilə bu dəfə AŞ baş katibi cənab Yaqlandı əsas hədəf kimi
seçiblər. Onlar cənab Yaqlandın “Guardian” qəzetində çap olunmuş
məqalədə Azərbaycanı “köməyə ehtiyacı olan gənc demokratiya” kimi
təsvir etməsinə görə daha da hiddətləniblər. Bu azmış kimi Avropa
Sabitlik Təşəbbüsü təşkilatının üzdəniraq ekspertləri cənab
Yaqlandın “biz Azərbaycanda insan hüquqları müdafiəçilərinə qarşı
bir neçə məhkəmə işini yaxından izləyirik” ifadəsinə irad tutaraq,
“bu məhkəmələri və ədalətin bu kimi təhrifi hallarını dayandırmağa”
çağırmalı olduğunu vurğulayıblar. Göründüyü kimi, Avropa Sabitlik
Təşəbbüsü təşkilatı açıq-aşkar Azərbaycanla bağlı hər hansı pozitiv
deyil, neytral xarakterli fikrin belə ifadə edilməsini qəbul etmir.
Onların qaldırdıqları məsələlər süni şəkildə şişirdilməsindən və ya
real olaraq mövcudluğundan asılı olmayaraq, birmənalı şəkildə
hüquqi müstəvidə həll olunmalıdır. Onlar isə Azərbaycan
hakimiyyətinə təzyiq formasında bu məsələni həll etməyə çağırır.
Avropa Sabitlik Təşəbbüsü təşkilatının fikrincə, hazırlanmış
materialda əks etdirilmiş hər bir iddia mütləq xarakter daşıyır.
Təşkilat hesab edir ki, hüquqa zidd əməllərinə görə mühakimə
edilmiş QHT fəalları heç bir məhkəmə qərarına məhəl qoymadan azad
edilməlidir, bunun üçün hər hansı hüquqi prosedurlara əməl etməyə
ehtiyac yoxdur. Bir sözlə, Avropa Sabitlik Təşəbbüsü təşkilatı
özünü sonuncu instansiya hesab edir. Onun iddiaları və tələblərinin
hüququn özü olduğunu, bu iddiaların məhkəmələrin, o cümlədən İnsan
Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarından da səlahiyyətli
gücə malik olduğunu düşünürlər”.
Millət vəkili sözügedən təşkilatın fəaliyyətini yeni bərpa edilmiş
İşçi Qrupunu da hədəf aldığını bildirib.
“Avropa Sabitlik Təşəbbüsü təşkilatı İnsan Hüquqları Məsələləri
üzrə yeni İşçi Qrupuna münasibət bildirməyi də unutmayıb.
Materialda bu İşçi Qrupunun yenidən yaradılması barədə cənab
Yaqlandın Azərbaycan Respublikasının prezidenti cənab İlham
Əliyevlə əldə etdiyi razılığı xatırladaraq, onun tərkibinin “insan
hüquqları müdafiəçiləri, parlamentarilər, prezident
administrasiyasının rəsmiləri və Avropa Şurasının ekspertindən
ibarət olması” bildirilir. Material müəllifləri daha da uzağa
gedərək “Azərbaycan hakimiyyətinin təsis etdiyi bu qrupa əsasən
hazırki siyasi məhbuslara qarşı qərəzli ictimai kampaniyalarla
seçilən “fəallar”ın daxil” olduğunu iddia edirlər. Hadisələrin əsl
mahiyyəti üzrə deyil, əvvəlcədən proqramlaşdırılmış məqsədlərə
çatmaq üçün çıxış edən müəlliflər yeni yaradılan İşçi Qrupuna
hazırki siyasi məhbuslara qarşı qərəzli ictimai kampaniyalarla
seçilən “fəallar”ın daxil olması barədə iddiaları ilə beynəlxalq
ictimaiyyəti məqsədyönlü şəkildə aldadıbdır və buna görə heç bir
vicdan əzabı çəkmək fikrində deyil. Avropa Sabitlik Təşəbbüsü
təşkilatı 2005-2010-cu illərdə fəaliyyət göstərmiş İşçi Qrupunun
üzvlərinin tanınmış QHT nümayəndələri olduğunu gözəl bilir. Onların
əksəriyyəti yeni yaradılmış İşçi Qrupunun da üzvləridir. Bu sıradan
Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Eldar
Zeynalov, Zalihə Tahirova, Sahib Məmmədov və digərlərini qeyd etmək
olar. Bu QHT nümayəndələrinin səyləri sayəsində qeyd edilən müddət
ərzində bir çox məhbuslar müxtəlif hüquqi mexanizmlərdən istifadə
edərək, o cümlədən əfv olunaraq azadlığa çıxıblar. Belə insanların
qərəzli ictimai kampaniyalarla seçilməsi barədə iddialar ən yaxşı
halda riyakarlıqdır”, - deyə o bildirib.
E. Süleymanov bildirib ki, İnsan Hüquqları Məsələləri üzrə yeni
İşçi Qrupunun yaradılması Azərbaycan hakimiyyətinin dialoqa hazır
olması, insan hüquqları sahəsində mövcud problemləri həll etmək
niyyətini ortaya qoyması, bunun üçün tanınmış QHT nümayəndələri və
Avropa Şurası nümayəndəsinin iştirakı ilə hazırlanmış tövsiyələri
yerinə yetirmək əzmini ortaya qoyur: “Bu sahədə qəbul ediləcək
qərarların operativliyini təmin etmək məqsədilə İşçi Qrupunun insan
hüquqlarının vəziyyətinə dair monitorinqlər keçirməsinə istənilən
şəraitin yaradılması isə təqdirəlayiq haldır. Beləliklə, siyasi
məhbus məsələsi hüquqi məsələ olması səbəbindən İşçi Qrupu hər
hansı siyasi məhbus siyahısı ilə məşğul olmamalıdır və bu, məhkəmə,
o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin səlahiyyətində
olan məsələdir. Lakin Avropa Sabitlik Təşəbbüsü təşkilatı üçün bu
məqamlar qətiyyən maraqlı deyil. Bu təşkilat əvvəlcədən
proqramlaşdırılmış məqsədlərinə uyğun olaraq mövcud məsələlərin
obyektiv həlli istiqamətində atılan istənilən addıma qarşı çıxır və
siyasi müstəvidə müzakirələr doğuran hüquqi məsələlərin məhz hüquqi
müstəvidə həllini məqbul saymır. Bu baxımdan iyunun 24-də baş katib
Torbyörn Yaqlandın Azərbaycan Respublikasının prezidenti cənab
İlham Əliyevlə görüşü zamanı siyasi məhbus məsələsində son sözün
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə verilməli olduğu barədə
fikri Avropa Sabitlik Təşəbbüsü təşkilatını özündən çıxarıb. Bu
təşkilat belə cəhdlərə görə AŞPA-nı, İnsan Hüquqları üzrə Avropa
Məhkəməsini və katibliyi günahkar sayır. Təşkilatı ümumiyyətlə
hazırladığı materialda açıq-aşkar Avropa İnsan Hüquqları
Konvensiyası və onun Protokollarında nəzərdə tutulmuş insan
hüquqları və əsas azadlıqların pozulması hallarının
qiymətləndirilməsinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin
müstəsna səlahiyyətlərinə aid olmasına qarşı çıxır. Onu qeyd edim
ki, siyasi məhbus məsələsi hüquqi məsələdir və öz həllini hüquqi
müstəvidə tapmalıdır. Avropa Sabitlik Təşəbbüsü təşkilatı öz
məqaləsində cənab Yaqlanda istinadən dediyi kimi, mən də cənab
Yaqlandın siyasi məhbus məsələsində son sözün İnsan Hüquqları üzrə
Avropa Məhkəməsinə verilməli olduğu barədə fikrini tam
dəstəkləyirəm”.
E. Süleymanov təşkilatın materialının sonunda “Hərəkət etmək
vaxtıdır. Həmişəki tədbirlər artıq çıxış yolu deyil” yer almı
fikirlərinin olduqca təhlükəli olduğunu qeyd edib: “Görəsən belə
bir çağırış etməklə və həmişəki tədbirlərin vaxtının keçdiyini,
onların çıxış yolu olmadığını vurğulayan bu təşkilat hansı
hərəkətlərin vaxtı olduğunu nəzərdə tutur? Biz yalnız məntiqi yolla
bu çağırışın mahiyyətinə aydınlıq gətirə bilərik. İnsan hüquqları
və əsas azadlıqların pozulması hallarının qiymətləndirilməsinin
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin səlahiyyətlərinə aid
olmasına qarşı çıxan, Avropanın fundamental dəyərlərindən biri olan
hüququn aliliyi prinsipinə hörmətsizlik nümayiş etdirən və konkret
hüquq pozuntuları törətdilkərinə görə mühakimə edilən şəxslərin hər
hansı hüquqi prosedurlara məhəl qoymadan dərhal azadlığa
buraxılmasını tələb edən bu təşkilat hansı hərəkətlərə çağırış edə
bilər? Bu çağırış iğtişaşların törədilməsinə hesablanıb. Beləliklə,
Avropa Sabitlik Təşəbbüsü təşkilatının əvvəlcədən
proqramlaşdırılmış məqsədləri aydın olur: Azərbaycanda siyasi
sabitliyi pozmaq, iğtişaşlar yaratmaq. Amma bu təşkilat və onun
ideoloqları başa düşməlidirlər ki, Azərbaycan cəmiyyətini belə
çağırışlarla aldatmaq qeyri-mümkündür. Beynəlxalq təşkilatların, o
cümlədən Avropa Sabitlik Təşəbbüsü təşkilatının ölkədə insan
hüquqlarının vəziyyətinin pisləşməsi və siyasi məhbusların olması
iddiaları ilə Azərbaycana təzyiqlər etməsi cəhdlərinin arxasında
bir məqsəd dayanır: Ermənistan təcavüzünə xidmət etmək və
Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi
istiqamətində səylərdən diqqətini yayındırmaq. Artıq Azərbaycan
xalqı bunu çox gözəl anlayır”.
Asif Nərimanlı
-
Sosial19:35
İntihar edən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub