• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

ADU-da YAP-ın ilk təşkilatının yaranmasının 22-ci ildönümü keçirildi

  • Nida.az
  • 20 Noyabr 2014 15:10
  • 387 Baxış
ADU-da  YAP-ın ilk təşkilatının yaranmasının 22-ci ildönümü keçirildi

Noyabrın 20-də Azərbaycan Dillər Universitetində ADU Yeni Azərbaycan Partiyasının ilk təşkilatının Partiyanın yaranmasının 22-ci ildönümünə həsr olunmuş iclası keçirildi.

İclasda Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədr müavini Azər Süleymanov, ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov, Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev, Pedaqoji (ingilis dili-alman dili) fakültəsinin dekanı, professor Fikrət Cahangirov və universitetin professor-müəllim, tələbə heyəti iştirak edirdi.

İclasda çıxış edən universitetin Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev iclasın gündəliyinə daxil olan “YAP-ın yaranma tarixi və partiyanın qarşısında duran vəzifələr”, “ADU YAP Gənclər Təşkilatına sədr seçilməsi” və “Partiya üzvlüyünə qəbul” məsələlərini iştirakçıların diqqətinə çatdırdı. Yeni Azərbaycan Partiyasının yaranması tarixindən danışan prorektor Ələddin Əliyev XX əsrin 90-cı illərin əvvəllərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə hakimiyyət dəyişiklikləri və daxili siyasi qarşıdurmanın dərinləşməsi sayəsində ölkədə böhran vəziyyətinin qorxulu həddə çatdığı dövrdə cəmiyyətin ümumxalq inamına malik olan və milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq ölkəni xilas etməyə qadir yeni siyasi qüvvəyə ehtiyac duyması səbəbilə Heydər Əliyevə 1992-ci ilin oktyabrında ziyalıların mətbuatda ona müraciət ünvanladıqlarını dedi. Partiyanın təsis konfransının 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirildiyini və Heydər Əliyevin YAP-ın sədri seçildiyini söyləyən Ə. Əliyev daha sonra partiyanın yerlərdə fəaliyyətini icra edən təşkilatların yarandığını qeyd etdi. Prorektor Ələddin Əliyev 1992-ci ildən universitetimizdə də bu təşkilatın yarandığını deyərək rektor, Milli Məclisin deputatı, professor Səməd Seyidovun ali təhsil müəssisəsinə rəhbər seçildikdən sonra bu partiyaya qoşulanların sırasının qat-qat artdığını dedi. Partiyanın idarə heyətinin 11 nəfərdən ibarət olduğunu deyən prorektor ADU-nun bu istiqamətdə nailiyyətlərindən danışdı.

Universitetin Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov iclasda toxunulan məsələni çox vacib hesab etdiyni bildirdi. O, dövlət tərəfindən gənclərə hər zaman önəm verildiyini vurğuladı. Müasir Azərbaycan gəncliyinin savadlı yetişdiyini bildirən prorektor universitetin də gəncləri daim önə çəkdiyini diqqətə çatdırdı. Dünyamin Yunusov rektor, professor Səməd Seyidovun göstərişi ilə universitet tələbələrinin müxtəlif xarici ölkələrin yüksək səviyyəli ali təhsil ocaqlarında təhsillərini davam etdirmək üçün şərait yaradıldığnı dedi və gəncliyə inandığını dilə gətirərək onlara uğurlar arzuladı. Ümummilli lider Heydər Əliyevin gənclərlə bağlı siyasətindən, gənclərə göstərdiyi diqqət və qayğıdan söz açdı. Ümummilli liderin gənclərlə bağlı siyasətinin müasirləşən gənclik üçün bir töhvə olduğunu söylədi.

ADU YAP Gənclər Təşkilatına sədrliyə namizəd Nərgiz Məmmədova öz növbəsində universitetdə YAP Gənclər Təşkilatının gördüyü işlərdən, əldə etdiyi uğurlardan danışdı.

İclasın davamında gündəliyin növbəti məsələlərinə toxunularaq səsvermə yolu ilə Pedaqoji fakültənin 301 b qrup tələbəsi Nərgiz Məmmədova ADU YAP Gənclər Təşkilatına sədr seçildi.

Sonda Partiya üzvlüyünə qəbul olmaq istəyən 590 nəfər partiya sıralarına daxil oldular.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR