Niyaməddin Orduxanlı: "Rəqiblərim YAP-ın namizədləridir"
Bizi izləyin

Nida.az

Niyaməddin Orduxanlı: "Rəqiblərim YAP-ın namizədləridir"

"YAP və müxtəlif partiyaların namizədləri ilə yanaşı bitərəf şəxslər də namizədliyini irəli sürüb. Bu gün əsas mübarizəm YAP-ın namizədləri ilə olacaq. Rəqiblərim YAP-ın namizədləridir".

BAXCP sədrinin ictimai və siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlının bələdiyyəyə namizədliyi təsdiq edilib.

Publika.az-a bununla bağlı məlumat verən BAXCP sədrinin müavini bildirib ki, ona bu gün 45 saylı Abşeron Dairə Seçki Komissiyasından məlumat veriblər: "Seçki məcəlləsinin tələb etdiyi bütün sənədləri təqdim etmişdim. Qanunda nəzərdə tutulan imzalar da toplanılmışdı. Artıq bu gün namizədliyimin təsdiq edildiyi ilə bağlı DSK-dan məlumat verdilər. Bu gündən etibarən təbliğat-təşviqat kampaniyasının başlanmasını gözləyəcəm. Namizədliyimi irəli sürdüyüm dövrdə heç bir maneə və təzyiqlə rastlaşmadım. BAXCP-nin irəli sürdüyü namizədlərin heç birində də bu hal qeydə alınmayıb".

Niyaməddin Orduxanlı deyib ki, bu, onun bələdiyyə seçkilərində dördüncü iştirakıdır: "Bu sahədə böyük təcrübəm var. İndiyə kimi 3 dəfə yaşadığım Abşeron rayonunun Mehdiabad qəsəbəsinin bələdiyyə seçkilərində iştirak etmişəm və hər üçündə də qalib gəlmişəm. Mehdiabad qəsəbəsinin 6000 seçicisi, 20 000-dən artıq əhalisi var".

Mehdiabad bələdiyyəsində namizədlərin irəli sürülməsində aktivlyin olduğunu bildirən sədr müavini bildirib ki, Mehdiabad bələdiyyəsindən seçiləcək üzvlərin sayı 13 nəfər olacaq: "Bu səfər də namizədliyini irəli sürən şəxslərin çoxdur. YAP və müxtəlif partiyaların namizədləri ilə yanaşı bitərəf şəxslər də namizədliyini irəli sürüb. Bu gün əsas mübarizəm YAP-ın namizədləri ilə olacaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm