Müsavatda əlbəyaxa dava: “Məni söyüşlərlə təhqir etdi”
Bizi izləyin

Nida.az

Müsavatda əlbəyaxa dava: “Məni söyüşlərlə təhqir etdi”

Müsavat Partiyasında əlbəyaxa davanın olduğuna dair xəbər yayılıb.


Adının çəkilməsini istəməyən partiya fəallarından birinin Publika.az-a verdiyi məlumata görə, əlbəyaxa dava Binəqədi rayon təşkilatının Şura iclasında baş verib.

Buna səbəbsə rayon təşkilatının üzvü Arif Əzizzadənin Divan üzvü Nemət Kərimliyə qarşı çıxaraq ondan Divana şikayət etməsi olub. N. Kərimlinin qarşı tərəfin üzərinə hücuma keçdiyi deyilir. Əlbəyaxa davanın digər üzvlər tərəfindən qarşısı alınıb.


Arif Əzizzadə Publika.az-a açıqlamasında qarşı tərəfin onu ağır söyüşlərlə söydüyünü deyib. O, N. Kərimlidən Mərkəzi Nəzarət-Təftiş Komissiyasına şikayət edib: “Nemət Kərimli öz başının dəstəsi ilə mənim sədr olduğum təşkilatı buraxmışdı. Mən də bu haqda Divana şikayət etdim. Divan mənim şikayətimi qəbul edərək təşkilatı bərpa etdi. Bundan sonra o, şuranın iclasını çağıraraq mənim çıxarılmağımla bağlı məsələni gündəmə saldı. Aramızda söz mübahisəsi yaşandı. Buna etiraz olaraq iki nəfər iclası tərk etdi. Ardınca Nemət Kərimli qadınları çölə çıxararaq, məni ağır söyüşlərlə təhqir etdi”.


Məsələ ilə bağlı N. Kərimlidən münasibət öyrənmək istəsək də, o danışmaqdan imtina etdi. Səbəb kimi isə problemin partiyadaxili məsələ olmasını göstərdi. Lakin o da A. Əzizzadənin MNTK-ya şikayət edəcəyini açıqladı.


Qeyd edək ki, Müsavatda VIII qurultaydan sonra çətin anlar yaşanır. Bir neçə gün öncə söyüş söyülməsinə görə K. Xəlilbəyli partiyadan çıxarılıb. Könül Mirzəyevaya isə xəbərdarlıq edilib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm