
Noyabrın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Teymuraz Şaraşenidzeni qəbul edib.
Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Görüşdə regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq
doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Gürcüstan Silahlı Qüvvələrinin ölkəmizdəki hərbi attaşesi
polkovnik Şalva Turaşvili iştirak edib.