• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Rauf Mirqədirovun həbs müddəti 5 ay müddətinə uzadıldı

  • Nida.az
  • 21 Noyabr 2014 15:50
  • 275 Baxış
Rauf Mirqədirovun həbs müddəti 5 ay müddətinə uzadıldı

Təqsirləndirilən şəxs Rauf Mirqədirovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bitdiyindən, onun həbsdə saxlanılma müddəti qanunla nəzərdə tutulmuş qaydada daha 5 ay müddətinə uzadılıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.


E.Sultanov bildirib ki, R.Mirqədirovun müdafiə hüquqları təmin edilməklə, cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Qeyd edək ki, Azərbaycan vətəndaşı Mirqədirov Rauf Həbibulla oğlunun Azərbaycanın suverenliyi, dövlət təhlükəsizliyi, ərazi toxunulmazlığı və müdafiə qabiliyyəti zərərinə olaraq 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək onların tapşırıqları əsasında Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparılmasında istifadə üçün ölkədəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət, həmçinin dövlət sirri təşkil edən digər məlumatları fotoşəkilllər və sxemlərlə birlikdə Ermənistan, Gürcüstan və Türkiyə ərazisində dəfələrlə görüşüb onlara verməsində əsaslı şübhələr olduğundan həmin faktla bağlı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanıb.


R.Mirqədirov aprelin 19-da qeyd edilən cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq ona Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmaqla Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.


Məhkəmə daha sonra R. Mirqədirovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin 4 ay uzadılması barədə qərar qəbul edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR