YAP-ın yaranma günü cəbhə bölgəsində qeyd olundu - FOTOLAR
Bizi izləyin

Nida.az

YAP-ın yaranma günü cəbhə bölgəsində qeyd olundu - FOTOLAR

Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 22-ci ildönümü ilə əlaqədar “YAP-22 il” adlı yubiley tədbiri keçirilib.

Publika.az-ın məlumatına görə, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkında Ulu öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edən YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş partiyanın keçdiyi şərəfli yoldan, ötən 22 ildə qazanılmış uğurlardan, dövlətçiliyimizin qorunması və möhkəmlənməsində, respublikamızın ictimai siyasi həyatındakı xidmətlərindən danışıb.

O qeyd edib ki, rayon təşkilatı bu gün ətrafında 5731 üzvü birləşdirir. Onlardan 3435 nəfəri kişi, 2296 nəfəri qadın, 1430-u isə gəncdir.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev yubiley münasibətilə tədbir iştirakçılarını təbrik edib, Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının rolu və xidmətlərindən, qarşıda duran vəzifələrdən danışıb:

“Ölkədə ictimai-siyasi proseslərin kifayət qədər mürəkkəb şəraitdə cərəyan etdiyi bir vaxtda dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də təsis edilən Yeni Azərbaycan Partiyası qısa müddətdə ölkənin gələcək taleyini müəyyənləşdirən aparıcı siyasi qüvvəyə çevrilib. Tarixi zərurətdən yaranan partiya ötən illər ərzində xalqa xidmət missiyasını şərəflə yerinə yetirib. XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanı düşdüyü siyasi, iqtisadi, sosial və mənəvi böhrandan xilas edən ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmiz qısa zaman kəsiyində böyük inkişafa nail olub. Bu gün partiyaya rəhbərlik edən Prezident İlham Əliyev iqtisadi, siyasi, mədəni və digər sahələrdə ölkəmizin inkişafı istiqamətində mühüm işlər görüb.

Sıralarında cəmiyyətin bütün təbəqələrini təmsil edən YAP ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi öz aparıcı rolunu gündən-günə möhkəmləndirməkdədir.

YAP Ulu öndər Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyaraq, regionun ən nüfuzlu siyasi qüvvəsinə çevrilib”.

Tədbirdə YAP rayon təşkilatının fəaliyyətində fərqlənənlərə fəxri fərman və hədiyyələr, partiya sıralarına yeni qəbul olunan üzvlərə vəsiqələr təqdim edilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm