Batumi Forumundan sensasion xəbər: məhkəmə olacaq
Bizi izləyin

Nida.az

Batumi Forumundan sensasion xəbər: məhkəmə olacaq

Vətəndaş Cəmiyyəti Forumunda ermənipərəst mövqe tutan Kristina Vaiciunaite Dağlıq Qarabağ ermənilərinə mane olduğu üçün sabiq həmsədri təhqir edib.

Avropa Birliyi Şərqi Tərəfdaşlıq Forumunun keçmiş həmsədri Vüqar Bayramov Batumi Forumunda Azərbaycan əleyhinə tədbirlərin əsas təşkilatçılarından olan Kristina Vaiciunaiteni beynəlxalq məhkəməyə verib.

Musavat.com bu barədə xəbəri V. Bayramovdan alıb. Belə məlum olub ki, Qarabağ ermənilərinin forumda iştirak etmək istəklərinin qarşısı aldığını əsas gətirərək, Kristina azərbaycanlı həmsədri (Vüqar Bayramovu) ermənilərin forumda iştirakına mane olmaqda ittiham edib və arzuolunmaz sözlər işlədib. Sözügedən xanım Batumi Forumunun ilk günündə ermənilərin mövqelərini fəal müdafiə edən şəxs kimi tanınır. O, Cexiyanın Peeople in Need təşkilatı ilə bir yerdə Azərbaycana qarşı diskriminasiya aksiyası təşkil edib.

Bu təşkilat da son iki ildə Dağlıq Qarabağ ermənilərinin VTC Forumuna müstəqil ölkə təmsilçiləri kimi daxil olması naminə mübarizə aparır. Bu prosesə əsas maneçiliyi də Forumun azərbaycanlı həmsədri V. Bayramov edib. İndi buna görə ermənipərəstlər V. Bayramova qarşı hərəkətə keçiblər.

Kristina Vaiciunaitenin bu hərəkəti İdarə Heyətinin əksər üzvlərinin məyusluğuna səbəb olub.


Qeyd edək ki, Kristina Vaiciunaite Avropada ermənipərəst mövqeyinə görə tanınır. Eyni zamanda, Vüqar Bayramov beynəlxalq foruma həmsədrlik edən ilk azərbaycanlı idi. Dünəndən onun səlahiyyət müddəti bitib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm