Polad Bülbüloğlu MDB-nin humanitar əməkdaşlıq fondunun sədri postunda qaldı
Bizi izləyin

Nida.az

Polad Bülbüloğlu MDB-nin humanitar əməkdaşlıq fondunun sədri postunda qaldı

MDB iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) İdarə Heyətinin iclasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu yenidən yekdilliklə DHƏF İdarə Heyətinin sədri seçilib.

Trend xəbər verir ki, Azərbaycan səfiri bu postu 2010-cu ildən tutur. Вununla əlaqədar Rusiyanın xarici işlər naziri Sergey Lavrov diplomata təbrik məktubu göndərib.

Məktubda Rusiya XİN rəhbəri səfiri yenidən bu posta seçilməsi münasibətilə təbrik edib: "Əminəm ki, DHƏF sizin rəhbərliyiniz altında MDB çərçivəsində ümumi humanitar məkan və mədəniyyətlərarası dialoqun inkişafına yönəlmiş mühüm iri mədəni layihələrin reallaşdırılmasını, ölkələrimiz arasında hərtərəfli tərəfdaşlıq əlaqələrinin irəliləməsini davam etdirəcək”.

S.Lavrov P.Bülbüloğluya Birliyin maraqlarında olan əməkdaşlıq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi xeyrinə səmərəli iş arzulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm