Davudoğlu Ermənistanı hədələdi
Bizi izləyin

Nida.az

Davudoğlu Ermənistanı hədələdi

ABŞ-ın vitse-prezidenti Cozef Baydenin iştirakı ilə İstanbulda keçirilən Atlantik Şurası Enerji və İqtisadi Zirvəsində çıxış edən Türkiyənin Baş naziri Əhməd Davudoğlu Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinin nəticələri və təcavüzkar tərəfin regionda yaratdığı problemlər barədə iştirakçılara ətraflı məlumat verib.

AzərTac xəbər verir ki, Baş nazir diqqətə çatdırıb ki, çoxları Bakı - Tbilisi - Ceyhan layihəsinin gerçəkləşəcəyinə inanmırdı. Lakin bu sülh və inkişaf boru xətti həyata keçirildi və onun fəaliyyətə başlaması Azərbaycan, Türkiyə və Gürcüstana böyük mənfəət verməyə başladı. Ermənistan isə Azərbaycan torpaqlarının iyirmi faizini işğal etdiyi və bu təcavüzkar siyasətini israrla davam etdirdiyi üçün regiondakı iqtisadi layihələrdən məhrum olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm