İsa Qəmbərin müavini Rusiya kəşfiyyatından danışdı
Bizi izləyin

Nida.az

İsa Qəmbərin müavini Rusiya kəşfiyyatından danışdı

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı Rusiya prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi, Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin prezidenti və “Milyarderlər İttifaqın”nın təsisçilərindən biri olmuş Söyün Sadıqovun müxalifətlə bağlı açıqlamasına cavab verib.

O, Publika.Az-a açıqlamasında bildirib ki, S.Sadıqovun Azərbaycan cəmiyyətinə və müxalifətinə heç bir aidiyyatı yoxdur. G.Aslanlı deyib: “Söyün Sadıqov Rusiya xüsusi xidmət və kəşfiyyat orqanının təsiri altında olan bir insandır. O, Azərbaycan iqtidarına yarınmaq üçün bundan yaxşı vasitə seçə bilməzdi. Mən Söyün Sadıqovu ciddi siyasətçi hesab etmirəm. Bu adamın Rusiyada da ciddi nüfuzu yoxdur. Söyün Sadıqov ortaya çıxandan bəri hər dəfə bir-birinə zidd fikirlər söyləməklə yadda qalıb. Onun bu kimi fikirlərinin isə nə Azərbaycan müxalifəti, nə də iqtidarı tərəfindən ciddiyə alınacağını düşünmürəm”.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi, Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin prezidenti və “Milyarderlər İttifaqın”nın təsisçilərindən biri olmuş Söyün Sadıqov AzNews.az-a açıqlamasında bildirib: “Hər bir ölkədə müxalifət var, çünki heç bir hakimiyyət hamını eyni qaydada razı sala bilməz. Kimsə hakimiyyətdən razıdır, kimsə narazıdır, bunlar normal şeylərdir. Ən əsası müxalifət radikal yox, konstruktiv olmalıdır. Müxalifətin hakimiyyətdən daha yaxşı, real proqramı olmalıdır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm