Baş konsulumuzdan xəbərdarlıq: “Sərhədlərin açılması ilə bağlı təbliğatlar intensivləşib” – ÖZƏL
Bizi izləyin

Nida.az

Baş konsulumuzdan xəbərdarlıq: “Sərhədlərin açılması ilə bağlı təbliğatlar intensivləşib” – ÖZƏL

“Türkiyə və bu ölkənin rəhbərliyi əleyhinə olan, qondarma “erməni soyqırımı” qəbul edilmiş kimi göstərilən bu kampaniyaların baş verməsi qardaş ölkə kimi bizi təəssüfləndirir”.


Bunu Publika.az-a açıqlamasında Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov Ankara Universitetində Hrant Dink Vəqfinin təşkilatçılığı ilə “Möhürlü Qapı: Türkiyə-Ermənistan sərhədinin gələcəyi” mövzusunda beynəlxalq konfransın keçirilməsinə münasibət bildirərkən deyib.


Baş konsulun fikrincə, bu kampaniya 2006-cı ildən başlayan təbliğatın davamıdır: “Mən 2006-2009-cu illərdə Qarsda işləyərkən bu kampaniyanın şahidi olmuşam. İndi onun davamı aparılır. Orada iştirak edən “aktyorlar” eyni şəxslərdir. Bu, Türkiyənin daxili işidir. Lakin bu konfrans birbaşa Türkiyə və türk milləti əleyhinə olan məsələdir. Bizim bu məsələ ilə bağlı mövqeyimiz məlumdur”.


Baş konsul bunun Türkiyənin rəsmi mövqeyi olmadığını bildirib.


“Türkiyə prezidenti və baş naziri son çıxışlarında Qarabağ problemi həll edilməyənə qədər sərhədlərin açılmayacağını bəyan ediblər. İki dövlət arasındakı münasibətlərdə bu çıxışlar əsas götürülür. Təəssüf ki, bu cür kampaniyalar da aparılır. Son vaxtlar bu istiqamətdə təbliğat işləri intensivləşib. Lakin Azərbaycana aid olan məsələlərə biz vaxtında reaksiya verir, qarşısını almaq üçün əlimizdən gələni edirik”, - deyə H. Zeynalov qeyd edib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm