Erməni pilotlar Azərbaycanda basdırılsın – TƏKLİF
Bizi izləyin

Nida.az

Erməni pilotlar Azərbaycanda basdırılsın – TƏKLİF

“Azərbaycan ərazisində vurulmuş Ermənistan hərbi helikopterində həlak olmuş şəxslər xristian adəti ilə Azərbaycanda dəfn edilsin”.


Publika.az xəbər verir ki, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü, YAP-çı deputat Aydın Mirzəzadə şəxsi “facebook” səhifəsində yazıb.


Deputat Ermənistanın çətin siyasi-diplomatik vəziyyətə düşdüyünü bildirib: “Noyabr ayının 12-də Ermənistan-Azərbaycan cəbhə xəttində Azərbaycan mövqelərinə hücum zamanı vurulmuş Ermənistan hərbi helikopteri məsələsi ətrafında proseslər səngimək bilmir. Düşdüyü çətin siyasi-dipliomatik vəziyyətin ağırlığını dərk edən Ermənistan özünü dolaşdırmaqda davam edir. Bir tərəfdən helikopterin ona məxsus olmadığını bəyan edən işğalçı dövlət, digər tərəfdən proses üzrə provokasiyalarını davam etdirməkdədir. Helikopterin vurulması Ermənistanın Azərbaycana qarşı qəsbkarlığını təsdiq etməklə yanaşı, düşmən ölkənin zəifliyini aşıq-aydın biruzə verir. Ermənistan normal qonşuluq münasibətlərin qura bilmədiyi kimi öz əsgərinə sahib durmağı da bacarmır. Hərbiçilərinin meyitini götürmək üçün heç bir təşəbbüs göstərmir, bunun üçün müvafiq addımlar atmır. Dünən isə Ermənistan guya əməliyyat keçirərək, hərbi pilotlarının birinin meyitini və onun paraşütünü götürdüyünü elan etdi. Ancaq nümayiş etdirilən kadrlarda yanan hərbi texnikadan guya salamat insan bədəni və zərər dəyməmiş paraşüt nümayiş etdirilir”.


A. Mirzəzadə yaranmış durumla bağlı daha sonra bildirib: “Düşmən olsalar da, helikopterdə həlak olanlar insanlardır və onların da normal torpağa tapşırılmaq hüququ var. Ermənistanın öz əsgərinə sahib çıxmaq istəməməsini nəzərə alaraq, onların nəşinin götürülərək xristian adəti ilə Azərbaycan ərazisində dəfn edilməsini təklif edirəm. Bu işə Azərbaycanda fəaliyyət göstərən xristian icmalarının din xadimlərini cəlb etmək olar”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm