• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Müsavat - AXCP gərginliliyi kəskinləşəcək

  • Nida.az
  • 10 Fevral 2014 17:00
  • 435 Baxış
Müsavat - AXCP  gərginliliyi kəskinləşəcək

Müsavat Partiyası ilə AXCP arasında olan münasibətlər zaman-zaman kəskinləşəcək, çünki bu dalğavari prosesdir. Bunu Trend-ə Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy Müsavat Partiyası ilə AXCP arasında yaranan gərginliyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, həm Müsavat Partiyası, həm də AXCP-də bu davanı qızışdıran bir neçə funksioner var ki, onlar da bütün cəmiyyətə bəllidir: "Bu dava zaman-zaman davam edəcək. Həm Müsavat Partiyası, həm də AXCP yorulub əldən düşəndən sonra bu işdən əl çəkəcəklər. Ancaq bu cür davam etməsi qaçılmazdır, çünki burada mətbuatın tuta bilmədiyi bəzi nüanslar var və həmin nüansları oynayırlar".

S.Əlisoy bildirib ki, guya, bu davanın, münasibətlərin kəskinləşməsi bəzilərinin siyasi reytinqinin qalxmasına xidmət edir və yaxud bəzilərinin gələcək arzularının gerçəkləşməsində bu davanın böyük önəmi var: "Ancaq iki müttəfiq partiyanın bir-biri ilə davasından qazanan təbii ki, AXCP ilə Müsavat Partiyası deyil, üçüncü tərəf olur. Üçüncü tərəfin kim olmasını gələcəkdə görəcəyik".

Qeyd edək ki, Müsavat Partiyası Milli Şuradan istefa verdikdən sonra AXCP ilə münasibətlərində gərginlik yaranıb. Hətta AXCP yalnız Milli Şurada təmsil olunan təşkilatlar ilə əməkdaşlıq edəcəyini əsas gətirərək, Müsavat Partiyasının müttəfiqlik sazişi təklifindən imtina edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR