Siyavuş Novruzov: “Müsavat diqqəti yayındırmaq üçün mitinq təyin edib”
Bizi izləyin

Nida.az

Siyavuş Novruzov: “Müsavat diqqəti yayındırmaq üçün mitinq təyin edib”

“Müsavat diqqəti daxili gərginlikdən yayındırmaq üçün mitinqə gedir”.


Bu barədə Publika.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icraçı katibinin müavini, millət vəkili Siyavuş Novruzov Müsavat Partiyasının dekabrın 14-nə mitinq təyin etməsinə münasibət bildirərkən deyib.


S. Novruzov Müsavat daxilindəki vəziyyətə diqqət çəkərək partiyanın parçalanma ərəfəsində olduğunu bildirib: “Belə bir vaxtda mitinqin təyin edilməsi suallar yaradır. Görünür, yeni rəhbərlik yaranmış gərginliyi aradan qaldırmaq, yaxud ən azından diqqəti daxili vəziyyətdən yayındırmaq üçün belə bir addım atır. Mitinq üçün hava şəraitinin də məqbul olmadığını nəzərə alsaq, bu ehtimal təsdiqini tapır. Amma Müsavat öz daxili problemini həll etməyə çalışsa, daha yaxşı olar”.


YAP rəsmisi Müsavat Partiyasının mitinqin Milli Şuranın keçirdiyi mitinqlərdən fərqlənməyəcəyini açıqlayıb.


“Milli Şura olduqca azsaylı mitinqlər keçirdi. Müsavatın mitinqi də bundan fərqli olmayacaq. Çünki bu partiyanın da sosial bazası olduqca zəifdir. Sadəcə ətraflarındakı 5-10 nəfər toplaşacaq, tribunaya çıxıb danışacaqlar. Sonra da dağılşacaqlar. Belə mitinqin olmağındansa, olmamağı daha yaxşıdır”, - deyə o vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm