"Onlara pul verib salıblar ortaya" - Partiya sədrindən sərt ittiham
Bizi izləyin

Nida.az

"Onlara pul verib salıblar ortaya" - Partiya sədrindən sərt ittiham

Onlara cavab verə bilirsinizsə, özünüz verin. Bu gün Avropa Parlamentində Ələkrəm Hümbətovun adamları müzakirələr aparır. Bunlara cavab verin, mənə birdə bu barədə sual verməyin. Əslində bununla onları gündəmə gətirirsiniz, hörmətə mindirirsiniz. Ümumiyyə

Milli Şurada “agent” qalıbmı?- qurumun üzvü sərt danışdı

Bir müddət öncə Milli Şurada baş verən “agent” davası istefa ilə nəticələndi. Qurumun son sessiyasında Koordinasiya Şurasının tərkibi seçilərkən Azəri-Talış Birliyinin sədri, “El” hərəkatının sədr müavini Mehdibəy Səfərov Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAHBP) sədri Hacıbaba Əzimovun KŞ-yə üzv seçilməsinə qarşı çıxaraq onu talışların hüquqlarını tanımamaqda, onlara qarşı separat fikirlər irəli sürməkdə ittiham etdi. Əlbəyaxa davasına qədər gedib çıxan gərginlik agent ittihamlarının ortaya çıxmasına səbəb oldu.

H. Əzimov Mehdibəy və digərlərini Rusiyaya işləməkdə, Azərbaycan torpaqlarının parçalanması siyasətinə xidmət etməkdə ittiham etdi və bu insanlarla bağlı tədbir görmənin vacibliyini irəli sürdü. M. Səfərov da etiraz bəyanatı ilə qarşı tərəfi ittiham etdi.

Daha sonra M. Səfərov Eldar Namazovun da istefasını əsas gətirərək, bu cür hallara etiraz etməklə Milli Şuradan istefa verdi. Lakin onun etirazına baxmayaraq H. Əzimov bu gün qurumun KŞ-da təmsil olunur.
M. Səfərovun getməsi ilə Milli Şurada daha agentin qalmadığını hesab etmək olarmı sualı ilə H. Əzimovun fikirlərini öyrəndik. H. Əzimov Publika.Az –a danışdı, amma yetərincə sərt tənqidlərini daha çox mediaya yönəltdi.

VAHBP medianı onları qarşı-qarşıya qoymaqda ittiham etdi və konkret olaraq bu barədə ona sual verilməsini qadağan etdi.“Onlara cavab verə bilirsinizsə, özünüz verin. Bu gün Avropa Parlamentində Ələkrəm Hümbətovun adamları müzakirələr aparır. Bunlara cavab verin, mənə birdə bu barədə sual verməyin. Əslində bununla onları gündəmə gətirirsiniz, hörmətə mindirirsiniz. Ümumiyyətlə, onların adını belə tutmağa dəyməz. Kim bacarır, vicdanı var, elə adamları ifşa etsin. Amma gündəmə gətirmək həm də təbliğ etməkdir”.

H. Əzimov qeyd edib ki, xarici kəşfiyyat tərəfindən idarə olunan xeyli adamlar var ki, onlara pul verib salıblar ortaya: “Onlara tək mən cavab verməli deyiləm ki?”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm