ABŞ helikopter olayı ilə bağlı açıqlama verdi
Bizi izləyin

Nida.az

ABŞ helikopter olayı ilə bağlı açıqlama verdi

ABŞ noyabrın 12-də Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vurulan Ermənistan hərbi helikopterinin pilotlarının meyitlərinin qaytarılması üzrə əməliyyatı izləyir.

Publika.az-ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cef Ratke jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

Ratke münaqişə tərəflərini təmas xəttində gərginliyin artmasına gətirib çıxara biləcək hərəkətlərdən çəkinməyə çağırıb: “Biz həm də tərəfləri sülh danışıqlarının davam etdirilməsi və Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün səylərini gücləndirməyə çağırırıq. ABŞ ATƏT Minsk Qrupunun həmsədrlərindən biri kimi bu məsələdə kömək göstərməyə hazırdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm