İsa Qəmbərə qardaşından xəbərdarlıq: “Özündən küs...”
Bizi izləyin

Nida.az

İsa Qəmbərə qardaşından xəbərdarlıq: “Özündən küs...”

Müsavatın keçmiş başqanı İsa Qəmbərin qardaşı, Almaniyada yaşayan Rövşən Qəmbər bu gün partiyanın yeni başqanı Arif Hacılının sərt şəkildə tənqid etdikdən sonra öz qardaşına da bəzi iradları tutub.

Publika.az xəbər verir ki, R. Qəmbər “facebook” səhifəsində yenidən partiyadaxili problemlərə toxunaraq fikirlərini daha aydın şəkildə izah etmək niyyətinin olduğunu açıqlayıb.


“İndiyədək Azərbaycanın problemlərinin həllində qardaşım İsa Yunısoğlunun çox böyük imkanlara malik olduğunu və ölkədə ən çox sevdiyim vətəndaşın onun olmasına inanmışdım. Lakin mənim çoxsaylı suallarıma yarım saat vaxt ayırıb bu günlərdə cavab verməsə, İsa Qəmbər özündən küssün... Dostlarım yaxşı bilirlər ki, Azərbaycanda ən çox sevdiyim vətəndaş İsa Qəmbər olsa da, Müsavat Partiyasını ondan, Qarabağı Müsavat Partiyasından, Azərbaycanı Qarabağdan, haqq-ədaləti isə Azərbaycandan çox sevirəm. Müsavat Partiyasından 2009-da çıxarılmışamsa, 2011-də Almaniyada yaşayan müsavatçılardan kimlərə Müsavat Partiyasının yüzilliyi münasibətilə fəxri fərmanın verilməsinə aid mənim təklifim əsas sayılmazdı, hətta mənim özüm də fəxri fərmanla təltif olunmazdım.

Qubad İbadoğlunu dəstəklədiyim və 8-ci qurultayda on dəqiqəlik çıxışımı istəmədikləri üçün, əsasən bu niyyətlə başqanlığa namizədliyim haqda ərizəmə 17.09.2014 tarixində inboksuma yazılan kiçik məktubu Rəsulzadənin davamçılarına layiq saymıram. Bu sualın aydınlaşmasına çalışan Arif bəyə “Skayp”la və ya “WhatsApp” ilə istənilən vaxtlarda incəliklərinə qədər əsaslandırılmış izahat verməyə hazıram!! Yetər ki, Azərbaycanın problemlərinin həllinə çalışan ən böyük müxalifət partiyasının inkişafında sosial qrupların mənafeyinə deyil, Müsavat Partiyasının, Qarabağın, Azərbaycanın və haqq-ədalətin tərəfdarlarının mənafeyinə uyğun fəaliyyətimizi daha intensiv davam etdirək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm