• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Müsavat İsa Qəmbərin qardaşına cavab verdi – Qalmaqal

  • Nida.az
  • 25 Noyabr 2014 18:35
  • 501 Baxış
Müsavat İsa Qəmbərin qardaşına cavab verdi – Qalmaqal

Müsavat Partiyasının rəhbərliyi keçmiş başqan İsa Qəmbərin Almaniyada yaşayan qardaşı Rövşən Qəmbərin ittihamlarına cavab verib.


Başqan müavini Gülağa Aslanlı Publika.az-a açıqlamasında R. Qəmbərin qurultayda çıxış üçün müraciət etdiyindən xəbərinin olduğunu deyib: “Lakin o, qurultaya cəmi bir gün qalmış belə bir müraciət etdi. Digər tərəfdən, Rövşən Qəmbər 2009-cu ildə Müsavat Partiyasından öz xahişi ilə çıxdığı üçün ona söz verilməməsi normaldır. Amma bunların Arif Hacılıya heç bir aidiyyəti yoxdur. Çünki qurultayın təşkilatçısı Arif bəy deyildi”.


R. Qəmbərin partiyaya üzvlüklə bağlı ittihamlarına gəlincə, G. Aslanlı Müsavata yalnız Azərbaycan vətəndaşlarının üzv ola biləcəyini diqqətə çatdırıb: “Onun 2009-cu ildən sonra yenidən üzv olmaq üçün müraciət etdiyindən xəbərim yoxdur. Maraqlıdır, kimə müraciət edib? Ümumiyyətlə isə Müsavat Partiyasının üzvləri yalnız Azərbaycan Respublikasının vətəndaşları olmalıdır. Bəlkə də, vətəndaşlıqla bağlı onun partiyaya üzvlüyü qəbul olunmayıb”.


Başqan müavini R. Qəmbərə Qubad İbadoğlunu dəstəklədiyi üçün söz verilmədiyi iddialarına cavab verib.


“Bu cür iddialar yanlışdır. Çünki qurultayda kimə söz verilməsi, kimə verilməməsi Arif Hacılının səlahiyyətində olan məsələ deyildi. Məncə, həmin vaxt Rövşən Qəmbər Azərbaycanda da deyildi” , – deyə o qeyd edib.


Qeyd edək ki, R. Qəmbər Müsavat Partiyasının bir neçə saatlıq qurultayında onun on dəqiqəlik çıxışına imkan yaradılmadığını iddia edib. Buna görə Arif Hacılını ittiham edən İsa Qəmbərin qardaşı Müsavata üzvlüklə bağlı müraciətlərinə cavab verilmədiyini də qeyd edib.


“Nə zaman “Skayp” və ya “WhatsApp” ilə danışaraq Müsavat Partiyasının üzvü olmağıma aid təzadlı vəziyyətin aydınlaşmasına, partiyanın bölünməməsi istiqamətində ədalətsevər müsavatçıların legitim işbirliyinə aid suallarıma cavab ala bilərəm?”– deyə R. Qəmbər bildirib.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR