Nida.az
Azərbaycan prezidenti Beynəlxalq Sənaye Konfransının iştirakçılarına müraciət ünvanladı
"Hazırkı dövrdə sənaye siyasəti rəqabətqabiliyyətlilik, səmərəlilik və ekoloji təhlükəsizlik meyarlarına uyğun yüksək texnologiyaların tətbiqinə yönəlməli, elmi araşdırmalarla üzvi surətdə bağlı olmalı, müasir çağırışlara cavab verməli və yeni yanaşmalara əsaslanmalıdır".
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev “XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr” mövzusunda Bakıda keçirilən Beynəlxalq Sənaye Konfransının iştirakçılarına müraciətində deyib.
Müraciəti iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev
oxuyub.
Dövlət başçısı bildirib: "Hörmətli konfrans iştirakçıları, sizi
salamlayır və XXI əsrdə sənayeləşmə, sənaye siyasətində əsas
trendlər, müasir yanaşma və təcrübə mövzusunda beynəlxalq
konfransın öz işinə başlaması münasibətilə təbrik edirəm.
Konfransınızın zəngin sənaye ənənələri ilə seçilən, böyük iqtisadi
potensiala malik Azərbaycanda keçirilməsi təsadüfi deyil. Sürətlə
modernləşən ölkəmizdə sənayenin inkişafına xüsusi diqqət yetirilir
və 2014-cü il respublikamızda "Sənaye ili" elan edilmişdir".
Prezident İlham Əliyevin sözlərinə görə, zamanın tələblərinə uyğun
olaraq aparılan islahatlar, uğurla həyata keçirilən dövlət
proqramları, genişmiqyaslı infrastruktur layihələri, biznes və
investisiya mühitinin davamlı surətdə yaxşılaşdırılması, özəl
sektora dövlət dəstəyi və siyasi, makroiqtisadi sabitlik ölkədə
güclü sənayenin formalaşdırılması üçün əlverişli şərait yaradır:
"İqtisadiyyatın şaxələndirilməsi indiki mərhələdə iqtisadi
siyasətimizin prioritet istiqamətlərindəndir. Bu vəzifənin
reallaşdırılması sənayenin inkişaf etdirilməsini, bu sahədə
qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqini tələb edir. Əminəm ki,
konfransınız sənaye siyasətində əsas meyillərlə bağlı səmərəli
fikir mübadiləsinin aparılmasına və yeni əməkdaşlıq əlaqələrinin
qurulmasına təkan verəcəkdir".
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB