Hafiz Hacıyev siyasətdən gedəcəyi tarixi açıqladı
Bizi izləyin

Nida.az

Hafiz Hacıyev siyasətdən gedəcəyi tarixi açıqladı

“Bu gün açıq-aşkar görünür ki, Qəmbərov İsa Müsavatdakı insanları neçə ildir ac qoyub, aldadıb”

Müasir Müsavat Partiyasının sədri Müsavat Partiyası daxilində baş verən qarşıdurmalara münasibət bildirib. H.Hacıyev sabiq başqan İsa Qəmbəri partiyanı dağıtmaqda ittiham edib. MMP sədri hesab edir ki, İ.Qəmbərdə liderlik keyfiyyətinin olmaması, özündən sonra Müsavat üçün perspektivli namizədi yetişdirməsinə maneə olub: “O, doğulandan bu günədək qərəzli siyasətilə yadda qalıb. Qəmbərov İsaya özündən sonra Müsavatın başına keçəcək alverçi adam lazım idi.

Arif Hacıyevi başqan gətirməklə bu istəyinə nail ola bildi. O, indiyədək etdiyi alverləri Hacıyev Ariflə davam etdirəcək. İndiki başqan Xalq Cəbhəsi hakimiyyəti dövründə ən rüşvətxor adam olub. Hacıyev Arif həmişə müxalifət qüvvələrini dağıtmağa çalışıb. 14 ildir Hafiz Hacıyev car çəkir ki, bu adamlardan Azərbaycana layiqli hakimiyyət olmaz. Qəmbərov İsa artıq Azərbaycan siyasətində yoxdur. Bu gün də hiss edirsən, Qəmbərov İsa Müsavatdakı insanları neçə ildir ac qoyub, aldadıb.

Ona görə də Müsavat Partiyasının dağılması labüd idi. Əgər Müsavat Partiyasından ayrılanlar yeni partiya yaratsalar, Müasir Müsavat Partiyasının onunla əməkdaşlığı olacaq. Nəhayət, 14 illik mübarizədən sonra Qəmbərov İsanın iç üzünü aça bildim. Bu, böyük qələbədir və bu qələbəni həmişə özüm üçün bayram edirəm. Kərimov Əli və Həsənov Cəmilin də axırına çıxandan sonra siyasətlə vidalaşacam”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm